adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Iyun 2017 14:28
84549
MÜSAHİBƏ

Samirin yeni layihəsi: 1000 nəfər 44-cü olmaq üçün sıraya girəcək(Müsahibə)

Yazar olmaq hər kəsə nəsib olmur. O cümlədən məqsədini bilmək və bu yolda irəliləməkartıq zəka tələb edir. "Hər şeyə rəğmən” bunu etmək. Samir İmanovu deyirəm.Çoxları bu ismi yaxşı tanıyır. Azərbaycanda yarım milyona yaxın əlilliyi olaninsan içərisində möhtəşəm istedadı və mükəmməl publisistikası ilə tanınan Samirİmanovla növbəti müsahibəmizi apardıq. Deyirəm bəlkə başlayaq!

"İki deputatın birdən kitabımın təqdimatınagəlməsi mənim üçün sürpriz oldu”

Xatırlayırsınızsa bu yaxınlarda yeni kitabıçapdan çıxan Samir İmanovun Atatürk Mərkəzindətəqdimatı keçirilmışdı. Həmin təqdimatda respublikamızın ən dəyərli insanlarıiştirka etdilər. Bir də xüsusi qonaqlar var idi. Kİmlər idi?

-Tədbirin ünvanının dəyişdirilməsivə üstəlik yeni məkanın 2-ci mərtəbədə keçirilməsi təqdimatagələn fiziki məhdudiyyətli insanlar üçün bəzi çətinliklər yaratdı. Qısa kəsəcəm, təqdimatı necə dəyərləndirirsən?

-Bəzən hərşeyin qaydasında olduğunu düşünəndə nə isə bir çətinlik yaranır. Amma ümimi baxanda tədbir çox gözəl keçdi və bu çətinliyi unutdura bildi. Xüsusən də gözlənilməzqonaqlarım millət vəkilləri Adil Əliyev və Qənirə Paşayevanın təqdimatdaiştirak etmələri bir başqa rəng qatdı. Belə desək İki deputatın birdən kitabımın təqdimatına gəlməsimənim üçün sürpriz oldu.

-Kitab neçə tiraj çıxıb.

-450tiraj çap olunub. Təxminən 20-30 kitab elə təqdimatda satıldı. Ancaq gələcəkdə Sumqayıtda və Bakıdadaha iki təqdimatın olacağı planda var.

-Yaxşı bəs kitabı nə üçün yazırsınız?

-Ümumiyyətləhər bir yazar yaradıcılıqişinə başlamazdan öncədüşünməlidir ki, mən bu işi-kitabı niyə yazıram, nə üçün yazıram. Çoxdandı izlədiyimbir filmdə belə bir səhnə vardı. Orada bir yazar kitabını çap etdirmək üçün nəşriyyata müraciətedir. Nəşriyyatın rəhbəri ondan soruşur ki, sənin kitabını niyə çapetdirməliyəm? Həmin yazar pəncərədən bayırı göstərir vədeyir: "Bu küçədən keçən insanları görürsənmi?Onlar hal hazırda işə tələsirlər, həftənin 6 gününü işləyirlər. Bircəgün istirahətlərini isə ailələrinə sərf edirlər, övladları ilə əylənirlər, dostları ilə gəzintilərə qoşulurlar və axşam çatanda evlərinə gedib yatırlar. Yəni bütün bunlardansonra insanlar nəyəgörə mənim kitabımıoxumalıdırlar? Məhz mən də bu suala cavab tapdım və kitabı yazdım.

Deməyim odur ki, mənim insanlara yoxinsanların mənə, kitablarıma ehtiyacı olmalıdır. Əsərlərimdən həyatları üçün vacib elementləri götürməlidirlər.Məhz kitablarımda əsasən əlilliyiolan insaların həyatları, onları dünyaları, və problemləri əks olunub. Cəmiyyətdəəksəriyyət elə hesab edir ki, onlar əlilləri başa düşürlər və dərk edirlər. Əslində isə belə deyil. Cəmiyyətin əksiylikləri ondan ibarətdirki, məhz əlil insan görəndə ona bəziləri fağır gözü ilə bəziləri işəyaramaz kimi baxır. Məhz belə bir boşluğu aradan qaldırmaq və əlillərənormalyanaşmanı təmin etmək üçün bir kitab, məlumatbazası lazımdır ki, əlilliyin həqiqətən nə olduğunu anlasınlar.

"Hər bir insanpotensial əlil sayılır”

Sizin məhşurözlərinizdən biri, bəlkədə aforizm adlandıra biləcəyimiz kəlmə var. Onunaçıqlamsını verə bilərsiniz?

-Təbiiki, mən hər zaman demişəm bunu. Hətta bunu qarğış kimi qəbul edənlər də var(gülür).Ancaq elə deyil . Əvvəllər Azərbaycanda əlilliyiolan insanlarla bağlı hamının bildiyi əzbərlədiyi statistik məlumatlar vardı. Misal üçün hər hansı bir tələbə yaxudjurnalist yazı hazırlayarkən nazirliyin yaydığı statistik məlumatlara istinad edirdi.Məhz belə informasiyalar cəmiyətin şüurunda əlillərəqarşı səthi anlayış formalaşdırırb. Və heç kim,düşünmür ki, sabah onun da Allah göstərməsin başına bir iş gələ bilər və əlilliyi olan bir şəxsə çevriləbilər. Buna görə mənim kitabımı oxuyaninsalar təkcə əlilliyi olan şəxsləri deyil həm də özünü görəcək. "Hədəfdəki insan”, "Özünlə fəxr et” və nəşr olunacaq "44 ürək”kitabında oxucular fiziki məhdudyyətli insanlarla bağlı istənilən məlumatıoxuya biləcək.

-"44 ürək” necə başladı?

-Əvvəlkikitablarımın birbaşa müəllifi mən özüm idim. Lakin 4-cü kitabın çapında bir fərqliliyəimza atdım. Sosial şəbəkələrdə yazar dostlarıma müraciət etdim. Əlilliyi olanisanlar haqqında məqalələr, hekayələr vəya şeirlər yazsınlar. Həmin elandan sonra email ünvanımıza təxminən 100-dənartıq müəllif yazısı daxil oldu. Onlardan sırf əlilliyə və məqsədlərimizə xidmətedən yalnız motivasiya yönlü uğura həvəsləndirən və insanlarda pozitivlikyarada biləcək yazıları seçdik.

-Mənim göndərdiyim hekayədə motivasiya iləbağl bir tərəf yox idi amma seçmisiz..

-Bilirsizəslində sizin hekayəniz cəmiyyətə inanılmaz böyük bir mesajdır. Onu kənardasaxlamaq günah olardı. Çünki hər bir insan potensial əlil ola bilər deyiminəoptimal nümunə hesab etmək olar. Ümid edirəm yaxşı oxunacaq. Nəticədə bizim məramımızsırf sağlam cəmiyyətin əliliyi olan cəmiyyətə inteqrasiyaına nail olmaqdır. Şəhərlərdəbir çox ictimai obyektlərin qarşısında pandusların olmamasını bir nümunə kimigöstərmək olar ki, məhz sağlam insanların bunu düşünməsi onların birbaşainteqrasiyası deməkdir.

-Eşitdiyimə görə yeni kitabdan əldə edilən gəlirlərəlilliyi olan insanların maddi rifahına xərclənəcək.

-Elədir.Layihənin əsaəs məqsədi məhz çap olunacaq "44 ürək” kitabından gələn gəlirlərləəlilliyi olan insanlara əlil arabası, dərmanlar alınmasını təmin etməkdir.Hesablaya da bilərsiz. Yeni kitabın satış qiymətinin 7 manat dəyərində qiymətləndirmişik.1000 tiraj çıxacağı nəzərdə tutulur vəbu da orta hesala 6-7 min manat edəcək. Düşünürəm ki, bu məbləğ bizim məqsədimizinyerinə yetməsində böyük rol oynayacaq.

-Yeni kitabda əlilliyi olan yazarların əsərlərivarmı?

-Birneçə yazarın əsərləri var. Onlardan misal üçün istedadlı gənc yazarımız Mətanə Qüdsini,Rasim Gəncəlini göstərə bilərəm.

-Tanınmış yazarlardan kimlər var?

-Açığıbununla bağlı bir neçə tanınmış yazarlarımıza müraciət etmişdik lakin təssüf ki, bunun üçün söz versələr də heçbiri yazı göndərmədi. Bəziləri ümumiyyətlə cavab vermədi, bəziləri vaxtınınazlığından şikayət etdi. Məsələn, Əsəd Qaraqaplan, Müşfiq Xan ümumiyyətləmüraciət məktubumuza cavab vermədilər. Əli Nəcəfxanlı söz verdi yazmadı. Beləbir çox yazarlar bizim aksiyaya qoşulmaqdan boyun qaçırdılar. Bilirsiniz,indiki tanınmış ədəbiyyat adamlarında və jurnalistlərimizdə belə bir fobiya yaranıb ki, görəsən onlarınyazıları kimlərin yazıları ilə yanaşı dərc olunacaq?. Belə bir fanatistfobiyası formalaşıb və mənə elə gəlir ki, bu yalnış təfəkkürdür. əslində birneçə sətirlik yazı yazmaq elə də çətin deyil. Biz kitabda nə roman dərc edirik,nə də povest. Primitiv misal da gəitrim sizə. Həmin şəxslər facebookda günlərinihəsr etdikləri statusları yaza bildikləri halda qısa bir yazı nədir ki, onu ərsəyəgətirməkdə çətinlik çəkirlər. Bu açığı məni təəccübləndirir.

"Heç kimin vəsiqəsinigəzdirmək fikrim yoxdur”.

-hər hansı qrup və ya təşkilata üzvlüyünüzvarmı?

-Yoxdur.

-Nə əcəb

-Danışsambir qədər qəribə səslənər, amma mənim adım Samir İmanovdur və bu ad elə hesabedirəm ki, Azərbaycanda 30-40 əlil təşkilatından qat-qat öndədir və onlardandaha çox və daha keyfiyyətli işlər görmüşəm. Dəfələrlə şahidi olmuşam ki, həmintəşkilatlar qazandıqları layihələri çərçivəsində əldə etdikləri maddi qazancı səmərəliişlərə sərf etməyiblər. Özünüz də bilrisiniz ki, bu tip təşkilatıların çoxu sadəcətədbirlər keçirməklə işlərini bitmiş hesab edirlər. Əslində isə onların cəmiyyətəvə əlilliyi olan insanaların problemlərinin çözülməsinə heç bir faydasıtoxunmayıb. Etiraf etmək lazımdır ki, sırf qazandıqları layihələri cəmiyyətinxeyrinə istifadə edən barmaqla sayılacaq təşkilatlarımız var. Cavad və QubadQasımov qardaşlarının yaratdığı "İstedadlıəlillər” İctimai Birliyi var ki, onlarınfəaliyyətini çox yüksək qiymətləndirirəm. Və bir də Mirzə Məmmədvəliyevin təşkilatınıbu siyahıya aid edə bilərəm. Sizə misal gətirim, Davud Rəhimlinin rəhbəriolduğu "Əlil təşkilatlar İttifaqı”na üzv olan 45-46 təşkilat var və onların 2-3-üistisna olmaqla yerdə qalan təşkilatlarının işlərini sıfır qiymətləndirirəm. Həmintəşkilatlar bir otaqdan, konfrans zalından kənara çıxa bilməyən divarı aşa bilməyəntəşkilatlardır. Və bir maraqlı nüansı da çatdırım ki, məhz belə tipli QHT-lərinson 10 ildə keçirdikləri mətbuat konfransı və ya digər tədbirlərin keçirildiyizallara baxsanız eyni insanların iştirak etdiyini görəcəksiniz.

-Yəqin onlar üçün cəmiyyət bu şəxslərdənibarətdir

-Yəqinki(gülür).

-Maraqlıdır, "44 ürək” adı verdiyinzikitabda 43 müəllifin yazıları dərc olunub. Bunun açıqlaması var yəqin. Hardadıro 44-cü ürək?

- Əvvəlcəqeyd edim ki, bu ad kitaba individual olaraq qoyulub. Hər bir kitabın içində 43müəllif yazısı var və 44-cü şəxs isə həmin kitabı alan şəxsdir. Yəni kitab müəlliflərivə oxucusu ilə brilikdə vəhdət yaradır tamlıq yaradır. Çünki oxucu da kitabınbir parçasıdır. Bu ideya həm də bizim məramımıza xidmət edir. Belə ki, o kitabıalan 44-cü adam həm də müəlliflərlə birgəəlillərə yardım etmiş olur. Yənikitabı mən yazdım, alıcısı isə sənsən. Birlikdə məqsədimizə çatmalıyıq.

-Bir yazar kimi, və ələlxüsus ölkənin əlilliyiolan şəxslərinin problemlərini öndə qabardan biri kimi məqsədiniz hər zaman dəyişməzolub və şüuarınız öz məntiqi davamı ilə irəliləyir. Bəs bu sonuncu "44 ürək”kitabında məqsəd eyni qalacaq, yoxsa fərqli təzahürlər görəcəyik? Hər halda bukitabda sizin müəllif yazınız yoxdur və üstəlik 43 müəllifin 3-4 nəfəri əlilliyinnə olduğunu daha dərin anlayan şəxslərdir.

- Çünki,bu kitabla biz əlillərin dili ilə yoxsağlam insanların yazıları ilə əlillərə olan fərqli baxışları üzə çıxarırıq.Və düşünürəm ki, növbəti fərqli məqam da budur. Müxtəlif dünya görüşləri, fərqliyanaşmaları bir kitaba toplamaqla əilliyi olan insanlara qarşı düzgün münasibətinformalaşmasına xidmət göstəririk. Hesab dirəm ki, "44 ürək” kitabı cəmiyyətin əlilliyiolan insanlara qarşı düşüncələrini köklü dəyişməyə nail olacaq.

-Uğurlar!

-Təşəkküredirəm!

Rüfət Soltan