adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Sentyabr 2016 14:23
6913
GÜNDƏM

Saman altından neft yeridənlər

Dünyabazarında son günlər neftin qiymətində azalma müşahidə olunur. Mütəxəssislərbunu OPEC və qeyri-OPEC ölkələrinin dünya bazarındaneft hasilatının artırması ilə dəyərləndirirlər.

Şimal qonşumuzolan Rusiya sentyabrda hasilatı əvvəlki aya nisbətən gündəlik 400 min barelartıraraq 11.1 milyon barelə çatdırıb. Xəzər qonşumuz Qazaxıstanda isə 50milyard dollarlıq sərmayə yönəldilən Kaşaqan yatağı artıqistifadəyə verilməkdədir. Neftin 1 barelinin qiyməti 55 dollara çatacağı haldaisə ABŞ və Kanadada şist neft hasilatçıları yenidən bazarda aktivləşəcəklər.ABŞ isə hətta yataqlardakı neftini də ixrac etmək niyyətindədir. Bu isə odeməkdir ki, OPEC-in anlaşması ilə yanaşı təşkilata üzv olmayanölkələrin də davranışı çox önəmli olacaq. Başqa tərəfdən, bu gün qlobal neftbazarında qeyri-OPEC ölkələrinin payı təşkilat üzvlərinə nisbətən dahaçoxdur. Bazara çıxarılan neftin 60 faizi OPEC-əüzv olmayan dövlətlərin payına düşür. Bu baxımdan, hələlik heç də kəskin qiymətartımlarına deyil, qiymətin stabilləşməsinə ümid etmək lazımdır.

İqtisadçı ekspert İlham Şaban bildirib ki, əslindəqiymət azalması çaşdırıcı amildir və neft bazarıqızışma dövrü ərəfəsindədir: "Ancaq bu qızışmanın məqsədi - hələki, 50 dollar baryerini aşmaq vəmövqeləri bu diapazonda bərkitməkdir. 55 həddi bu günün prizmasından baxandahorizontda tutqun havadakı yanıb-sönən mayaka bənzəyir, çünki 2017-ci il üçündünya iqtisadiyyatının real vəziyyəti ilə bağlı mənzərə heç də ürəkaçanproqnozlarla gəlmir. OPEC hasilatın azaldılması ilə bağlı yekun qərarınıvə ölkələr üzrə yeni kvotaların bölüşdürülməsi cədvəlini cari il noyabrın 30-daVyanada keçiriləcək rəsmi sessiyasında təsdiqləməlidir. Qərar isə gələn ilinəvvəlindən qüvvəyə minməlidir. Əlcəzairdə əldə edilən razılaşma əslində bazarınbu müddətdə "qızdırılması" üçün atılan yaxşı bir addımdır. Qarşıdakıiki ayda birjalara təsiredici amil kimi OPEC ölkələrinin aparıcı nefthasilatçılarının kvotalarını nə qədər aşağı salmasıilə bağlımüzakirələrə sərf olunacaq və hər bir yeni açıqlanan rəqəm neft qiymətlərininartıb-azalması və sonra korreksiyası ilə müşahidə olunacaq. Əslində bundan ənçox qazanc götürən treyderlər olacaq - çünki bazarda dəyişkənlik amplitudası nəqədər yüksək olarsa, bir o qədər çox qazanca da ümid etmək olar”.

Vüqar Bayramlının sözlərinə görə isədünya bazarında neftin qiyməti ətrafında iri neft hasil edən dövlətlər arasındafikir ayrılığı var: "Qlobalneft hasilatının təxminən 40 faizini ödəyən OPECuzun sürən müzakirələrdən sonra hasilatın gündəlik 32.5-33.0 milyon barelintervalında dondurulması barədə anlaşa bildi. OPEC-inanlaşması elə həmin gün neft bazarına təsir göstərdi: fevral ayından bəri ilkdəfə olaraq neftin qiymətində gündəlik 6.5 faiz artım qeydə alındı. Ciddi fikirayrılıqları olan Səudiyyə Ərəbistanı ilə İran neft qiymətininyüksələcəyinə ümid edərək vahid mövqe nümayiş etdirə bildilər.

Sonanlaşmaneft bazarına necə təsir göstərəcək? Əslində, bu anlaşmaqlobal neft hasilatının azaldılması deyil, istehsalın tənzimlənməsi kimixarakterizə edilir. Belə ki, OPEC mövcud hasilatı səviyyəsində məhdudlaşdırmatətbiq edəcək. Təbii ki, bu gələcəkdə hasilatın artırılmasının qarşısınınalınması baxımdan OPEC üçün vacibdir. Eyni zamanda bazar iştirakçılarınamesajdır. Bu baxımdan anlaşma artıq bazara təsir göstərib və qiymət artımlarımüşahidə edilir. Amma sözsüz OPEC-inbazara çıxartdığı neftin həcmində azalma yoxdur və buda gözlənilmir. Çünki dondurulan hasilat mövcud istehsal səviyyəsinə uyğunlaşdırılb.Aydındır ki, OPEC bu anlaşması ilə daha və ya nisbətən yüksək qiymətlərə ümidedir. Amma ən azı, potensial qiymət azalmalarından sığortalamağa çalışır. Ammanə OPEC-də, nə də OPEC-dən kənarda yaxın zamanlarda qiymətin kəskinyüksəcələyinə inananların sayı heç də çox deyil".Sadəcə, indiki məqamda qiymətin arzuolunan səviyyədə stabilləşdirilməsi OPECüçün əsas hədəfdir.

Azərbaycanüçün stabil neftin qiyməti dövlət gəlirlərinin və eləcə də ölkəyə daxil olanvalyutanın həcminin stabilləşməsi baxımdan vacibdir. Gələcəkdə qiymət artımlarıbaş verərsə, bu, ölkəmizə daha çox neft dollarlarının daxil olmasına imkan verəcək.Amma son 2 ilin təcrübəsi göstərir ki, stabil və ya artan qiymətlər istənilənzaman enişlə müşahidə edilə bilər. Çünki qlobal təklifə və hətta tələbə sadəcəiqtisadi deyil, eyni zamanda siyasi faktorlar da təsir göstərir.

20 dollara neft

Venesualanın neft və dağ-mədən sənayesi naziri Euloxio delPino "Russia Today” televiziyasına müsahibəsində bildirib ki, neft hasil edənölkələrin sabah Əlcəzairdə keçiriləcək sammitində hasilatın azaldılması vəyaxud dondurulması ilə bağlı hər hansı qərar qəbul olunmasa dünya bazarındaneftin hər barelinin qiyməti 20 dollardan da aşağı düşə bilər.

Məsələilə bağlı şərh verən iqtisadçı ekspert NatiqCəfərli qeyd edibki, Venesuelanın vəziyyəti çox ağırdır: "Buna görə də o fəlakətssenariləri verməklə OPEC üzvlərini hansısa müsbət addım atmağa çağırır.Əslində bu çıxışın şifrələri bundan ibarətdir".

Ekspert toplantıda çox ciddi bir qərarın olmayacağını deyib:"Bu mümkündə deyil. Çünki OPEC daxilində və buna daxil olmayan iri neft hasilatı olanölkələr arsında ciddi fikir ayrılığı var. Bazarda qiymətə təsir edən ən böyükoyunçu Amerika Birləşmiş Ştatlarıdır. Amerika isə bu prosseslərdən kənardadır.Ciddi bir qərarolmasa da bazara sözlü müdaxilələrin olması ehtimalı var. Təbii ki, anlaşmaolmasa bu neftin qiymətini aşağı düşməsinə səbəb olacaq. Amma sözlü müdaxiləolaraq OPEC-in növbəti Vyana toplantısında belə bir danışıqların davamedəcəyini və sonuc etibarilə hansısa bir razılaşmanın olacağını bəyanedəcəklər. Sözlü müdaxilələrlə qiymətin kəskin enişinin qarşısını almağaçalışacaqlar. Düşünürəm ki, sabah razılaşma əldə edilməsə, sözlü müdaxilə ilə neftinqiymətini indiki səvviyədə saxlamaq mümkün olmayacaq. Kəskin enişi gözləmirəm.Amma 40 dollara qədər geri çəkilməsi olacaq. Noyabr ayında növbəti Vyanatoplantısına qədər sızdırılan xəbərlərlə, bəyənatlarla neftin qiymətində kəskineniş olmasının qarşısını almağa çalışacaqlar".

Venesuela hökumətinin yaydığı proqnoza analitiklərin verdiyicavab "ilin sonundaneftin qiyməti artacaq”dır. Aprel ayında neft hasilatının dondurulmasıhaqqında müqavilənin imzalanmasına əsas maneə İran idi. İranın bu ilin payızındabeynəlxalq sanksiyaların tətbiqinə qədərki neft hasilatı səviyyəsinə çatabilməsi OPEC üzvlərini qorxutmuşdu. Onlar dondurulma təklifindən ikiəlliyapışmışdı. Hazırda İran gündəlik olaraq təqribən 3,8 milyon barel neft hasiledir ki, onun da 2 milyon bareli xaricə satılır. Yəni İran sanksiyaya qədərkisəviyyənin 80% -inə artıq çatıb.

Maraqlıolan budur ki, hasilatın azaldılması tərəfdarı olan Venesuela və Ekvadora indiKüveyt də qoşulub. OPEC üzvü olmayan Rusiya, Azərbaycan və Qazaxıstan dahasilatın dondurulması məsələsində aydın mövqeyə malikdir. Hazırda "qaraqızıl"ın qiyməti neft istehsalçılarının güman etdiyindən də aşağıdır. Bubüdcələrin sabitləşdirilməsinə böyük maneə törədir.

Neftin ucuzlaşması ölkəmizə necə təsir edir?

Dünya bazarına"Azeri light” markalı neft çıxaran Azərbaycan üçün neftin ucuzlaşması dönəmi hərhansı kommunal və ya sosial fəsadlar törədə bilərmi? Bununla bağlı nikbin vəbədbin şərhlər verilir, lakin illik gəliri milyard dolları keçən yeganəstruktur sahənin neft sənayesi olmasına baxmayaraq iqtisadçı ekspertlərin hamısı neftin satışından əldə olunan gəlirlərinbirmənalı şəkildə azalacağını qeyd etsələr də, yarana biləcək mümkün büdcəkəsirinin fərqli yollarla kompensasiya olunacağını deyirlər.

İqtisadçıekspert Oqtay Haqverdiyev neftin qiymətinin düşməsindən büdcənin zərərçəkmədiyini desə də, bu, tendensiyanın davam edəcəyini proqnozlaşdırır:"Büdcə haqqında qanunda var ki, hökumət əməkhaqqı, pensiya, dərmanalınması kimi öhdəlikləri yerinə yetirməlidir. İnfrastruktur layihələrininbəzilərinin iki-üç il ertələnməsi büdcə kəsirinin qarşılanmasına əlavə imkanyaradacaq”. Haqverdiyev çıxılmaz vəziyyət anı yaşanarsa hökumətin qızıl valyutaehtiyatlarından bank sistemini sabitləşdirmək üçün istifadə edəcəyini dəproqnozlaşdırır: "Fors-major vəziyyət yaransa, bizim qızıl valyutaehtiyatlarımız 53-54 milyard dollardır və bundan istifadə edərək maliyyə-banksistemini sabitləşdirə bilərik. Amma inflyasiyanın Azərbaycana təsiriolmayacaq. Çünki bizim sərt bank sistemimiz var", - deyə ekspert qeyd edib. Hökumətinsosial yönümlü siyasət yürütdüyünü bildirən ekspertin sözlərinə görə, bu,Azərbaycan manatının dəyərinin sabitliyi və əhalinin də yaşayış səviyyəsininaşağı olması ilə müşayiət olunur.

Rüfət Soltan