adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Noyabr 2017 11:45
11269
HADİSƏ

Salyanda dəhşətli qəza, ölən və yaralanan var

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində, Şirvan Milli Parkın yaxınlığında qeydə alınıb.

Evrascon ASC-yə (keçmiş (Azərkörpü ASC) məxsus avtomobil dəmir-beton dirəyə çırpılaraq aşıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.