adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Mart 2021 16:04
27798
İDMAN

Salah ardıcıl üç aydır “Liverpul”un ən yaxşı futbolçusu seçilib

“Liverpul”un ulduz futbolçusu, hücumçu Məhəmməd Salah fevral ayının nəticəsinə görə, klubun ən yaxşı oyunçusu elan edilib.

Bu barədə məlumat “Liverpul” klubunun rəsmi “Twitter” səhifəsində dərc edilib.

Səsvermə klubun azarkeşləri arasında aparılıb.

Qeyd edək ki, misirli futbolçu ardıcıl üç aydır ki, komandanın ən yaxşı oyunçusu seçilir.