adalet.az header logo
  • Bakı -°C
23 Mart 2026 09:43
81
GÜNDƏM
A- A+

Sakit okeanda 5,5 bal gücündə zəlzələ oldu

Samoanın paytaxtı Apia şəhərindən 204 km cənub-qərbdə, Sakit okeanda 5,5 bal gücündə zəlzələ baş verib.

Adalet.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialından bildiriblər.

Məlumata əsasən, Bakı vaxtı ilə saat 02:26-da qeydə alınan zəlzələnin episentri Tafahi adasından (Tonqa Krallığı) 127 km şimal-şərqdə yerləşib.

Episentrdəki təkanların intensivliyinə əsasən, zəlzələ "çox güclü" kimi qiymətləndirilir.