23 Iyun 2025 17:22
88
DÜNYA

Şahın oğlu İran xalqına səsləndi:  Yeni hökumət qurulması üçün...

İranın devrilmiş şahının oğlu Rza Pəhləvi Parisdə çıxışı zamanı İran xalqını dinc və demokratik yolla dəyişiklik uğrunda mübarizəyə çağırıb.

Adalet.az  bu barədə "Reuters"ə istinadən xəbər verir.

Xatırladaq ki, onun atası, İranın sonuncu şahı Məhəmmədrza Pəhləvi 1979-cu il İslam İnqilabı zamanı ölkəni tərk edib və 1980-ci ildə Misirdə vəfat edib. Şah rejiminin devrilməsi ilə Pəhləvilər sülaləsinin hakimiyyəti də başa çatıb.

Hazırda ABŞ-də yaşayan Rza Pəhləvi bildirib ki, məqsədi İranda rejim dəyişikliyinə nail olmaq və xalqın istəyi ilə yeni hökumət qurulması üçün referendumun keçirilməsidir.

“Bu gün buradayam ki, həmvətənlərimə müraciət edim və onları sülh və demokratik keçid yolunda aparım. Mən siyasi hakimiyyətə iddia etmirəm, yalnız xalqımızın bu çətin dövrü sabitlik, azadlıq və ədalətə doğru aşmasına yardım etmək istəyirəm”, - deyə o vurğulayıb.

Rza Pəhləvi İslam Respublikasının deyil, İran xalqının mənafeyinə sadiq olan şəxslərə də səslənib: “Əgər demokratik İranın gələcəyində yer almaq istəyirsinizsə, indi xalqa qoşulun. Seçim sizin əlinizdədir”.