adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Mart 2024 11:46
3100
SAĞLAMLIQ

Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti AÇIQLANDI

Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti ağır olaraq qalır.

Adalet.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Açıqlamada qeyd olunub ki, it dişləməsi səbəbi ilə zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlının müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya Şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qalır.

Xatırladaq ki, hadisə mart ayının 3-də “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. Belə ki, 3 saylı Zəngilan məktəbinin dördüncü sinif şagirdi öz yoldaşları ilə oynayarkən sahibsiz itlərin hücumuna məruz qalıb.