Sahibə Qafarova Çin parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb
Milli Məclisin sədri Sahibə Qafarova Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin (parlament) sədrinə başsağlığı məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, S. Qafarova çinli həmkarı Cao Lıciyə ünvanladığı məktubda Honkonqda yerləşən yaşayış kompleksində baş vermiş güclü yanğın nəticəsində çox sayda insanın həlak olmasından və yaralanmasından kədərləndiyini bildirib.
Spiker Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrinə, həlak olanların ailələrinə, yaxınlarına, bütün Çin xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin deputatları adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.
Xatırladaq ki, noyabrın 26-da dünyanın ən sıx məskunlaşılan və ən çox hündür binaların olduğu şəhərlərindən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğın binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başlayıb və küləyin təsiri ilə sürətlə yayılıb.
Son rəsmi məlumata görə, yanğın nəticəsində ölənlərin sayı 128 nəfərdir.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

