Sahibə Qafarova Cahit Bağçını qəbul edib
Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Türkiyənin Bakıdakı səfiri Cahit Bağçını Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Adalet.az xəbər verir ki, görüşdə qardaş ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.
Spiker Sahibə Qafarova Boluda baş verən faciəvi yanğınla bağlı qardaş Türkiyə xalqına bir daha başsağlığı verib, bu faciə ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa da başsağlığı məktubu ünvanladığını, Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu bildirib.
Söhbət zamanı səfir Cahit Bağçının ölkəmizdə diplomatik fəaliyyəti dövründə qardaş ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsi istiqamətində səmərəli fəaliyyət göstərdiyi qeyd edilib.
Görüşdə Ümummilli Lider Heydər Əliyevin ifadə etdiyi kimi, "Bir millət, iki dövlət" şüarına söykənən Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin iki ölkənin prezidentləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə daha da inkişaf etdiyi, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr olmadığı vurğulanıb. Ölkələrimiz arasında müttəfiqliyin rəsmi ifadəsi olan Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğu diqqətə çatdırılıb. Əlaqələrimizin daha da genişlənməsi və dərinləşməsi istiqamətdində parlamentlərimizin də rolu qeyd edilib. Qanunverici orqanlarımızın və deputatlarımızın bütün platformalarda bir-birini dəstəklədiyi, beynəlxalq təşkilatlarda ortaq mövqedən çıxış etdikləri ifadə olunub.
Səfir Cahit Bağçı göstərilən diqqətə və dəstəyə görə minnətdarlığını ifadə edərək, bundan sonra da Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi üçün əlindən gələn töhfəni verməyə hazır olduğunu bildirib.
Digər Xəbərlər
06 Oktyabr 2026 18:31
Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
06 Oktyabr 2026 17:48
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
06 Oktyabr 2026 17:00
Prezident Lord Anas Sarvarı qəbul etdi - YENİLƏNİB + FOTOLAR
06 Oktyabr 2026 16:05
"Kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident
06 Oktyabr 2026 15:55
Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət
06 Oktyabr 2026 15:35
Arzu Nağıyev: Korrupsiyaya qarşı mübarizədə yeni mexanizm yaradılır
06 Oktyabr 2026 15:10
Ceyhun Bayramov Arye Laytstounu qəbul etdi
06 Oktyabr 2026 13:31


Bakı -°C

