adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Aprel 2019 17:55
11105
MƏMLƏKƏT

SAĞLIĞINDA CƏNNƏTLƏ MÜJDƏLƏNƏNLƏR

İslam imanla əməlinvəhdətindən ibarət olan ilahi bir sistemdir. Onun bir tərəfində inam, digərindəisə inandığına əməl etməkdir. "İnsanlar yalnız: "İman gətirdik!"- demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?"(Ənkəbut 2). Yəni təkcə dillə iman gətirmək əbədi səadət yurdu olan Cənnət üçünkifayət deyil. Rəbb insanları Allah yolunda (din, bayraq, vətən, haqq-ədalətuğrunda) mübarizədə mal, can və övladları ilə sınayır. Sınayır ki, kimin həqiqi,kimin də riyakar olduğu ayırd edilsin.

Təəssüf ki, əksərinsanlar ilan kimi sakit, fəqət zəhərli olan bu dünyanın maddiliyinə uyaraq, əməllərinintərəziyə qoyulacağından bixəbərdirlər. Can verərkən çəkilən məşəqqəti, qəbr əzabınınşiddətini, böyük və adil məhkəmədə sorğu-sualın rüsvayçı xəcalətini, irinli vəatəşli əbədi Cəhənnəm əzabını unudan belə talesizlər barədə Peyğəmbər(ə)buyurub: "Mənim bildiyimi bilsəydiniz, az gülüb çox ağlayardınız".Belələri həz.Məhəmməd kəlamının hikmətini yalnız vəfasız, fani və ani dünyanınölümlə oyanıb, axirətlə əvəz edildiyi zaman - əməllərinin həqiqi və əda-lətli əvəzionlara verildiyi vaxt biləcəklər. Fəqət tövbənin lüzumsuz, ata, ana və övladın,pul, mülk və vəzifənin, ad və sanın kara gəlməyəcəyi o durumda hər şey, dünyayayenidən gəlib yeni tərzdə yaşamaq qədər, qeyri-real və mümkünsüz olacaqdır.

Ən gözəl örnəkPeyğəmbər(ə)

əxlaqıdır

Rəbb kəlamınagörə, varlığın fitrəti və təbiəti, həyatın qanunu olan İslam qiyamətə qədərAllah təminatı altındadır. İslam həm də yaşanan və yaşadan bir həqiqətdir. Bu həqiqətinyaşayıb yaşatması isə, əməlisaleh və imanlı bəndələrin qeyrətindən asılıdır.Onlar: "Sizdən əvvəl insanların başına gələnlər sizin başınıza gəlməmişbehiştə daxil olacağınızımı güman edirsiniz?" (Bəqara 214) Rəbb kəlamınınpərdəarxası hikmətini iman və bəsirət gözü ilə görüb, ona felən əməl edənlərdir.Onlar Allah, Peyğəmbər(ə) və Quran əxlaqı ilə əxlaqlanıb həz.Məhəmmədi özlərinəörnək edənlərdir. Zira deyilib: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamətgününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir"(Əhzab 21). Bu nümunəni yaşadıb, onu gələcək nəslə bir əmanət kimi ötürənlər isəƏshabi-kiramdır.

Əshabi-kiram

Məhəmməd(ə) ümmətininən üstünü Peyğəmbər(ə)-yə iman gətirib, onun mübarək üzünü görənlərdir. OnlaraƏshabi-kiram deyilir. Əshab "səhabə" sözünün cəmi olub"dostlar", "rəfiqlər", "tələbələr" mənasınıehtiva edir. Kiram isə "kərim" sözündən əmələ gəlib "səxavətli", "comərd"anlamını verir. Əshabi- kiram barədə Peyğəmbər(ə) buyurub: "Allahdanqorxun, Əshabi-kirama pis söz deməyin. Məni sevdiyiniz qədər onları da sevin.Bilin ki, Uhud dağı ağırlığında qızıl sədəqə də versəniz, onların ən kiçiksavabına belə yetişə bilməzsiniz". Əshabi-kiramın bir hissəsi Hudəybiyyədə(628 il) Rəsulu-Əkrəmə biət edib, söz verənlərdir. Belə ki, Məhəmməd (ə) Mədinəyəhicrət etdikdən 6 il sonra Məkkəni ziyarət etmək üçün 1400 müsəlmanla orayayollanır. Qureyş tayfası (məkkəlilər) buxəbəri eşidib silahlanırlar. Peyğəmbər (ə)Əshabi-kiramla Hudəybiyyə adlanan məntəqəyə gəlir və orada bir ağac altında əshabdanİslam uğrunda canlarını fəda etmək üçün beyət istəyir. O zaman Əshabi-kiramAllah Rəsuluna belə dedi: "Ya Peyğəmbər! Allah sənə zəfər ehsan edənə qədər,şəhid olana qədər mübarizə aparmağa söz veririk". Quran bu hadisəni beləaçıqlayır: "(Ya Peyğəmbər!) And olsun ki, ağac altında sənə biət etdiklərizaman Allah möminlərdən razı oldu. Allah onların ürəklərində olanı (Sənə sadiqqalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi. Onlara öz dərgahından xatircəmlik,rahatlıq göndərdi" (Fəth 18). Qeyd edək ki, çox çətin danışıqlardan sonratərəflər heyətin Məkkəni növbəti ildə ziyarətetməsi barədə razılıq əldə etdilər.

Hudəybiyyəandlaşmasında iştirak edən 1400 nəfərin ən üstünü sayı 113 nəfər olan Əshabi-Bədr,Bədr döyüşünün (623 il) iştirakçıları olublar. Döyüşdən qabaq həz.Peyğəmbər belədua etdi: "Ya Rəbb! Mənə vəd etdiyin yardımı bu gün lütf et! Allahım, əgərbu insanlar şəhid olsalar, Yer üzün-də Sənə ibadət edəcək kimsəqalmayacaq". Bu duadan sonra Rəbbin Peyğəmbərini əmin edən: "(Bədrvuruşunda) səninlə vuruşan dəstə mütləq məğlubolacaq və arxa çevirib qaçacaqdır" (Qamər 45) ayəsi nazil oldu. 113 nəfərin ən üstünü isə İslamıilk qəbul edən 40 müsəlmandır. Bu 40 nəfərdən də ən üstünü Cənnətə girəcəklərisağlıqlarında bəyan edilən 10 nəfərdir. Onlara Aşərai Mubəşşəra deyilir.

Aşərai Mubəşşəra

Peyğəmbər(ə) tərəfindənhələ sağlığında Cənnətlə müjdələnən 10 nəfər bunlardır: 1) Əbu Bəkr; 2) Ömər;3) Osman; 4) Əli; 5) Talha, 6) Zubəyr bin Avvam; 7) Abd Rahmən bin Avf; 8) Sadibn Əbu Vəqqas; 9) Said bin Zəid; 10) Əbu Ubəydə bin Cərrah. Həz.Ömər deyib:"Xəlifə olmağa bu on nəfərdən layiqlisi yoxdur. Çünki Rəsulu Əkrəmonlardan daha çox razı idi". Təsadüfi deyil ki, bu on nəfərdən 4-ü xəlifəolub. Digərləri barədə isə buyurulub: "Hər peyğəmbərin bir həvarisi var. Mənimdə həvarim Zubəyr bin Avvamdır" (həz.Məhəmməd); "Rəsulu Əkrəmin:"Heç kimə atam-anam sənə fəda olsun" - söylədiyini eşitmədim. Həz.Peyğəmbəryalnız Uhud döyüşü günü (625 il) Sada dedi: "Atam-anam sənə fəda olsun,(ox) atmağa davam et" (həz.Əli); "Hər ümmətin bir əmini var. Mənimümmətimin əmini də Ubəydə bin Cərrahdır" (həz.Məhəmməd); "həz.Peyğəmbərdəneşitdim: "Talha və Zubəyr Cənnətdə mənimlə qonşudurlar" (həz.Əli);Peyğəmbər (ə) isə buyurub: "Yer üzündə canlı şəhidə baxmaq istəyən Talhayabaxsın" (Bir döyüşdə Talha 70-dən artıq yara aldı. Həmin səbəbdən onacanlı şəhid deyilib).

Lakin Peyğəmbər(ə)-nin hələ sağlıqlarında 10 nəfəri Cənnətlə müjdələməsi onların arasında heç bir narazılığın, həttaqarşıdurmaların olmamasına dəlalət etmir.Allahın seçdiyi sonuncu peyğəmbər olan Məhəmməd(ə) vəfatından qabaq qızı Fatimənin, əmisi oğlu və kürəkəni həz.Əlinin, nəvəsi həz. Hüseynin necə öləcəyinibildiyi kimi, 10 nəfərdən hansının həz.Əliyə qarşı qiyam edəcəyini də bilirdi. Mənbələr yazır: "Həz. Əli Zubeyrdən soruşdu: Yadındamı, Rəsululləh (ə) məni göstəribsəndən soruşdu ki, onu sevirsənmi? Sən dillənincə o buyurdu: Sən onun əleyhinə qiyam edəcək,onunla savaşacaqsan və bununla dazalımlardan olacaqsan". Belə dəoldu. Bəsrədə məskunlaşan Aişə (həz.Peyğəmbərin arvadı), Talha və Zubeyr həz. Əlini xəlifə kimi tanımayıb qiyam etdilər. Danışıqlarfayda vermədiyindən həz. Əli Bəsrəyə hücum etdi və "Dəvə vaqiəsi" adlanan həmin döyüşdə(659-cu il) qalib gəldi. Talha və Zubeyr öldürüldü, Aişə isə 40 seçkin qadınla Mədinəyə göndərildi... Halbuki,vaxtilə həz. Əli demişdi: "Həz. Peyğəmbərdən eşitdim: "Talha vəZubeyr Cənnətdə mənimlə qonşudurlar".

Əlbəttə, bəşər məntiqinəsığmayan belə ilahi istisnalar Rəbbinhikmətlərindəndir. Şübhə yox ki, Peyğəmbər (ə)-nın həmin 10 nəfəri Cənnətlə müjdələməsi də, Rəbbin istəyindəndoğub, onun iradəsi ilə baş verib.Bunu Rəbbin aşağıdakı kəlamı da sübut edir. Belə ki, bir-birinəantoqonist düşmən olan Övs və Xəzrac tayfası Peyğəmbər (ə)-yə iman gətirərəkonun uğrunda döyüşürdülər Peyğəmbər (ə)onları barışdıra bilmədiyindən əziyyət çəkirdi. Bu zaman: "(Allah) Onların(bir-birinə düşmən olan Övs və Xəzrac tayfasından olan ənsarın) ürəklərini (ülfətlə, dostluqla)birləşdirdi. Əgər sən yer üzündə nəvarsa, hamısını xərcləsəydin belə, yenə dəonların ürəklərini birləşdirəbilməzdin. Lakin Allah onları birləşdirdi (aralarında ülfət yaratdı). Həqiqətən,O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (Ənfəl 63). Göründüyü kimi,müəyyən səbəbdən bu dünyada bir-birinə kin bəsləyib silah qaldıranlar belə,istisna hal kimi hətta Cənnətlə müjdələnə bilərlər.

"Aşərai Mubəşşəra”dan

dörd xəlifə

Hələ sağlığındaCənnətlə müjdələnən Əbu-Bəkr İslam dövlətinin ilk xəlifəsidir (632-634). O, həz.Peyğəmbərinən yaxın dostu və qaynatası, söz və əməlilə Allah Rəsuluna ən sadiq adamlardanbiri olub. "Mən Allah və Peyğəmbərə itaət etdikcə, siz də mənə itaət edin.Əgər mən Allah və Peyğəmbərə itaət etməsəm, siz də mənə itaət etməyin" kəlamı,həz. Əbu-Bəkrin inauqurasiya (biət) mərasimindəki çıxışındandır.

Sağlığında Cənnətləmüjdələnən həz.Ömər, həm də ikinci xəlifə olub (634-644). Həz.Ömər müstəsna ədalətvə təşkilatçılıq qabiliyyətinə malik bir dövlət başçısı olmaqla yanaşı, həm dəPeyğəmbər(ə)-nin qaynatası idi. "Məndən haqlarını tələb edəndən Allah razıolsun" - kəlamı da həz.Ömərə məxsusdur. O, İslam aləmində ölkə başçısınınilk dəfə parlament üsulu ilə seçilməsi haqqında fərman və bu fərmanın bilavasitəhəyata keçirilməsinin müəllifidir.

Mənbələrə görə,mədinəli münafiqlər həz.Ömərin ədalətini sınamaq üçün xəlifəyə söz verdilər ki,onun xəstə oğlunu sağaldacaqlar. Həz.Ömər bu vədə inanıb, oğlunun müalicəsinionlara həvalə etdi. Münafiq xəstəni evinə aparıb, şərabla sərxoş edəndən sonraqızını ona təqdim etdi. Xəlifənin oğlu gecə nə baş verdiyini yalnız səhəranladı. Lakin artıq gec idi. Zaman keçdi və hamilə olan münafiqin qızı doğdu.Münafiq qızı və nəvəsini götürüb həz.Ömərdən ona sahib çıxma-sını tələb etdi. Məsələnindoğruluğuna əmin olan xəlifə, şəriətin tələbinə görə oğluna 100 çubuqvurulmasını əmr etdi. 40 çubuqdan sonra gəncin halı xarablaşdı. Səhabəninisrarlı xahişini rədd edən həz.Ömər, cəzanın tamamlanmasını tələb etdi. 80çubuqdan sonra onsuz da xəstə və zəif olan gənc öldü. Xəlifə meyitə daha 20çubuğun vurulmasını əmr edib, ağlaya-ağlaya dedi: "Görəsən, atalıq vəzifəmiyerinə yetirib, onu axirət əzabından xilas etdimmi?"

Sağlığında Cənnətləmüjdələnən həz.Osman həm də üçüncü xəlifə olub (644-656). Quranın vahid kitabhalında tərtib edilməsi həz.Osmanın xidmətlərindəndir. Peyğəmbər(ə) buyurub:"Əgər qırx qızım olsaydı, onların hamısını bir-birindən sonra (biri öləndənsonra digərini) Osmana verərdim". Yeri gəlmişkən, Məhəmməd(ə)-nin bir qızıhəz.Osmanda ərdə ikən vəfat etdikdən sonra Peyğəmbər(ə) ikinci qızını da onaverib.

Sağlığında Cənnətləmüjdələnən həz.Əli İslam dövlətinin dördüncü xəlifəsi olub (656-661). Əli kəramət,səxavət, ibadət, mərdlik, sadəlik və idrak rəmzidir. Onun "Nəhcül-Bəlağa"kitabı İslam aləmində müqəddəs Qurandan sonra ikinci kitab sayılır. Peyğəmbər(ə)sevimli qızı Fatiməni həz.Əliyə vermişdi. həz.Məhəmməd buyurub: "Əlihaqqında pis söz söyləyən, bunu mənim haq-qımda söyləyir. Mənim haqqımda pissöz söyləyən isə, Allaha pis söz söyləyənə bərabərdir. Allah da o kimsəniüzüqoylu Cəhənnəmə atar"; "Mən kimin ağasıyamsa, Əli də onunağasıdır". "Əli olmasa idi, mən həlak olardım" kəlamı həz.Ömərəməxsusdur.Həz. Əli İslam dünyasında ümumxalq seçki ilə seçilən ilk xəlifədir.

Allah dörd xəlifənisevməyi

əmr edib

Peyğəmbər(ə)özündən sonra İslam dövlətinə 29 il xəlifəlik edən dörd cənnətməkan barə-də ümumiləşdirdiyi buaçıqlamanı verib: "Mən elmin şəhəri, Əbu-Bəkr bu şəhərin təməli, Ömərdivarı, Osman tavanı, Əli də qapısıdır. Əbu Bəkr İslamın tacı, Ömər bəzəyi, Osmancövhəri, Əli gözəl qoxusudur. Allah namazı, orucu, zəkatı, həcci fərz etdiyikimi, Əbu-Bəkri, Öməri, Osmanı və Əlini sevməyi də əmr edib". Yeri gəlmişkən,Peyğəmbər(ə)-nin Əshabi-kiram və Rəşidi-xəlifələr barədə söylədiyi kəlamlar təriqətindənasılı olmayaraq, İslam dini və onun tarixindən danı-şan hər bir din xadimi üçünbir örnək olmalıdır. "Bilin ki, Uhud dağı ağırlığında qızıl sədəqə də versəniz,onların ən kiçik savabına belə yetişə bilməzsiniz" (həz. Peyğəmbər).

Yurdumuzdanbaşqa, hansı

yurddan düşməniqovacağıq?

Əshabi-kiram istərPeyğəmbər(ə) sağlığında, istərsə də onun vəfatından sonra İslamın beş varlıqqayəsini təmin edən cənnətməkan varislər olublar. Bu baxımdan, Məkkənin həz.Məhəmmədin,Qüdsün həz.Ömərin rəhbərliyilə müşriklərdən azad olunması, "nə qədər ki,Allah evi (Beytül Müqəddəs-Qüds) düşmən torpağı altındadır, mən sarayda yox, hərbiçadırda yaşamalıyam" Sultan Səlahəddin Əyyubi əqidə və əməli, həmin beşqayə (ərazi bütövlüyü, əhalinin yaşamaq haqqı, onun nəsli, dini və vicdanazadlığının qorunması) uğrunda canlarını fəda edən şəhidlərimizin şücaətibizim üçün oxunmalı və tətbiq edilməli bir kitab olmalıdır. Olmalıdırona görə ki, hələ də torpaqlarımız vədini-tarixi abidələrimizin bir hissəsi işğal altındadır.Unutmayaq ki,"Yurdumuzdan başqa, hansı yurddan düşməni qovacağıq ki?" (həz.Əli) kəlamınagörə, əslimizin bizə əmanət verdiyi torpaqları azad etməyənə qədər bizim Peyğəmbər(ə) şəfaətinə nail olmağımız da sual altındadır. Çünki Allah əmanətləriniqoruya bilməyən bir quruma bəzən Peyğəmbər (ə) şəfaəti də kömək etmir. Zira şəfaətinbilavasitə sahibi Allahdır. Səhih hədisə görə: "Qiyamət günü cəza veriləcəkümməti barədə həz.Məhəmməd Allahdan xahiş etdi: "Ya Rəbbim, axı onlar mənimümmətimdir". Rəbb buyurdu: "Bilmirsən onlar səndən sonra nələr etdilər.Onlar doğru yoldan dalı-dalı çəkildilər".

Elə isə Allahım,işğal olunan torpaqlarımızı geri qaytarmaq üçün iman, elm və qeyrət atlarımızışahlandır ki, Peyğəmbərinə buyurduğun kəslərdən - dalı-dalı çəkilənlərdənolmayaq. Amin!