adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Dekabr 2018 09:16
9780
MƏMLƏKƏT

SAĞLAMLIĞIMIZI AZƏRBAYCANIMIZDA QORUMAĞA DƏYƏR

"Bütündünyanı gəzib səadət axtardım, - tapmayıb, kor-peşman evə döndüm. Sən demə o,evdə məni gözləyirmiş" - dünya şöhrətli şəfa ocağı Naftalan haqqında təəssüratlarımıtürk-islam fəlsəfi fikrinin böyük nümayəndələrindən olan Əbu Turxanun bu müdrikkəlamı ilə başlamağım təsadüfi deyil. Səhhətimlə əlaqədar respublikamızdan kənardafəaliyyət göstərən bir sıra sağlamlıq müəssisələrində müalicə almağımabaxmayaraq, müsbət nəticə olmadığından həkimlərin məsləhəti ilə Naftalan şəhərindəki"Müalicə və Sağlamlıq Mərkəzi"nə gəldim. Bir həftədən sonra müalicələröz bəhrəsini verdi. Sağlamlığı da elə öz doğma vətənimizdə axtarmaq gərəkmiş.

Naftalana gəldiyimilk günlərdən özəl bölmənin, sahibkarlığın inkişafı ilə əlaqədar görülən tədbirlər,həyata keçirilən konkret işlər diqqətimi cəlb etdi. Respublikamızda azadsahibkarlığın, özəl bölmənin sürətli inkişafı üçün yaradılan hər cür şəraitinuğurlu nəticələri burda hər addımda özünü göstərirdi. "Naftalan Müalicə vəSağlamlıq Mərkəzi"nin direktoru İlqar Hüseynovun təşkilatçılığı ilə yüksəkzövq və səliqə ilə tikilmiş müasir standartlara tam cavab verən müalicəocağındakı yaşayış və müalicə korpusları, poliklinika, yeməkxana, idman zalı, həyətdəəkilmiş müxtəlif ağaclar, güllər adamda xoş duyğular yaradır, bura qədəm basan hərkəsdə xoş təəssürat doğururdu. Fərəh doğurucu haldır ki, xarici ölkələrdən gələnlərdə bu inkişafı yüksək qiymətləndiridilər.

"NaftalanMüalicə və Sağlamlıq Mərkəzi"ndə 70-dən çox, o cümlədən sümük-əzələsistemi, periferik sümük və damar, ginekoloji, dəri, xroniki prostatitlər vəbaşqa xəstəliklərin uğurlu müalicəsi üçün naftalan nefti tətbiq olunur, həmçininburada yod-bromlu su vannaları, parafinlə müalicə, masaj, fizioterapiyaotaqları fəaliyyət göstərir və bütün bunlar bu şəfa ocağına pənah gətirənlərinmüalicəsində önəmli rol oynayır.

Bütün bunlarlayanaşı həkim və xidmətçi heyətin, o cümlədən müalicə həkimim Sabir Qaraşovunpeşəkarlığı və yüksək qayğıkeşliyi də müalicə işinə əhəmiyyətli dərəcədə müsbəttəsir göstərdi.

"NaftalanMüalicə və Sağlamlıq Mərkəzi"ndə vətəndaş məmnunluğu yaradan buqayğıkeşlikdə fizioterapiya şöbəsində çalışan işçilərin əməyini xüsusi olaraqqeyd etmək istərdim. Burada çalışanların - gülərüz, mehriban Azərbaycanxanımlarının qayğısı, isti münasibəti, pasiyentlərin hər müraciətinə "candayı", "can baba", "can nənə", "can xala" kəlmələriilə cavab vermələri və son dərəcə həssaslıqla xidmət göstərmələri insana sankiöz doğmalarının əhatəsində olması təəssüratını yaradırdı. Bütün bunlar isəqürurvericidir. "Ədalət" qəzeti vasitəsi ilə "Naftalan Müalicə vəSağlamlıq Mərkəzi"ndə sağlamlığımızın keşiyində duran bütün işçilərə minnətdarlığımıbildirir və cəsarətlə bildirirəm ki, sağlamlığımızı elə öz Azərbaycanımızdaqorumağa dəyər.

Hikmət Xudiyev,

daxili xidmətpolkovniki, əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru