adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Iyul 2017 14:29
4566
GÜNDƏM

SAĞ OLUN, CƏNAB PREZİDENT!

Cənab Prezident!

Mən Dağlıq Qarabağda, Xocavənd rayonunun (keçmiş Hadrut rayonu) Tuğ kəndindədoğulmuşam. Həyat elə gətirib ki, Dağlıq Qarabağ hadisələri başlanandan bir jurnalistkimi qaynar nöqtədə olmuşam. Xankəndində, Şuşada, Ağdərədə, Xocalıda, Xocavənddə…eləcə də ətraf rayonlarda. Torpaqlarımızın işğalı zamanı Xankəndindən Şuşaya, ŞuşadanFüzuliyə, Füzulidən Beyləqana, oradan isə Bakıya köçməyə məcbur olmuşam. Qarabağda evimi düşmən yandırıb, mənievsiz qoydu. Övladlarım uşaq bağçasına sığınıb böyüdü. Bütün həyatımı ev-yuva qurmağasərf etdim. Amma jurnalist məvacibi buna imkan vermədi. Və onu da qeyd edim ki,Siz mənim əməyimi öncə imzaladığınız sərəncamla «Əməkdar jurnalist» adına layiqgördünüz. Şükürlər olsun ki, Ulu Öndərimizin layiqli varisi olan Siz, möhtərəm Prezidentimmənə ev verdiniz. Bu xeyirxah savab addımınızla jurnalistlərin dostu olduğunuzusübut etdiniz!

Cənab Prezident!

Mənə, ailəməgöstərdiyiniz bu diqqətə, bizə bağışladığınızisti yuvaya görə, Sizə minnətdaram. Tanrı Sizi qorusun! Tanrı Azərbaycan xalqınıqorusun! Tanrı Azərbaycanımızı qorusun!

Əbülfət MƏDƏTOĞLU

"Ədalət” qəzetinin baş redaktorunun müavini,

"Əməkdar jurnalist”