adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Aprel 2018 12:37
12008
MƏMLƏKƏT

“Saflığa doğru” adlı tədbir keçirilib

"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılğı ilə"Saflığa doğru” adlı tədbir keçirilib. Tədbirdə Bakıda fəaliyyət göstərən ictimai fəal xanımlar iştirak edib.

Birlikdən Adalet.az-a verilən məlumata görə, tədbirinəhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, mənəvidəyərlərimizin mühafizə olunması həmdə milli dirçəlişimizin inkişafı deməkdir: "Unutmamalıyıq ki, vətənuğrunda şəhadətə qovuşanların aldığı dərs mənəvi dəyərlərimizdən keçib. Ən çoxsevindirici hal onadan ibarətdir ki, bu gün ölkəmizdə milli və mənəvi irsimizinəsl himayəçisi Azərbaycan dövlətidir. Seçkilərdən sonra prezident İlhamƏliyevin yenidən inşa olunan məşhur HacıCavad məscidinin açılışını etməsi bunun sübutudur”.

S. Əzimbəyli qeyd edib ki, birlik və bərabərliyimizi, əbədiqardaşlığımızı pozmağa yönələn yad təsirlərdən mühafizə olunmağımızın bir yolu damənəvi saflığımızın qorunmasından keçir. Onun sözlərinə görə, həqiqi mənəviyyatadamı dini və milli kimliyə sahib olan əsl ölkə vətəndaşıdır.

Tədbirdə "Yeni Üfüq” İctimai Birliyinin sədr müavini, filologiya üzrəfəlsəfə elmləri doktoru Xanım Qasımova isə mövzu ətrafına çıxış edərək ədəbiklassiklərimizin yaradıcılığında mənəvi saflığın, nəfsin, şükürün rolundan ayrıcabəhs etdiklərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonda müqəddəs vətən şəhidlərinin əziz ruhuna dualar oxunub, ehsansüfrəsi açılıb.