Şadlıq saraylarında yoxlama aparılacaq - XƏBƏRDARLIQ
Bakı, Sumqayıt və ölkənin digər bölgələrində fəaliyyət göstərən şadlıq saraylarından havaya buraxılan tüstü əhali arasında narazılığa səbəb olub.
Şikayətlərdə bildirilir ki, bu obyektlərdə filtr və təmizləyici qurğular ya işləmədiyindən, ya da vaxtında yenilənmədiyindən ətraf mühit ciddi şəkildə çirklənir.
Adalet.az xəbər verir ki, yaxın günlərdə ölkə ərazisində fəaliyyət göstərən şadlıq saraylarında və ictimai iaşə obyektlərindən havaya atılan tullantıların ekoloji normativlərə uyğunluğunu yoxlamaq üçün monitorinqlərə başlanılacaq.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən sentyabrın 13-dən etibarən iaşə obyektlərində və şadlıq saraylarının ətrafında ölçmə işləri aparılacaq.
Monitorinqlər zamanı havaya normadan artıq tullantı atan obyektlər müəyyən edilərək onlar barəsində qanunamüvafiq tədbirlər görüləcək.
"Obyekt sahiblərinə əvvəlcədən xəbərdarlıq olunur ki, təmizləyici qurğularındakı texniki çatışmazlıqları aradan qaldırsınlar və filtrləri vaxtında yeniləsinlər", - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova İTV-yə bildirib.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

