Sabunçuda bir ay ərzində narkotik satan və oğurluq edən 117 nəfər saxlanılıb - VİDEO
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 98 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 64-ü barəsində məhkəmə tərəfindən həbs, 34-ü haqqında isə polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib. Onlardan ümumilikdə 27 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Qeyd edilən dövr ərzində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Bakıxanov, Maştağa, Balaxanı, Zabrat və digər ərazilərdə yerləşən evlərdən, mağazalardan, ödəmə terminallarından silsilə oğurluqlar edən əlavə 19 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 50-yə yaxın evdən, eləcə də obyektdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları müəyyən edilib.
Qeyd edilən faktların hər biri ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
04 Oktyabr 2026 18:32
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
03 Oktyabr 2026 17:50
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
03 Oktyabr 2026 11:46
Polis bir gündə 57 nəfəri saxladı
02 Oktyabr 2026 11:47
Qaxda əməliyyat - İki nəfər həbs edildi
01 Oktyabr 2026 18:17
5 milyonluq şəbəkənin üzvləri saxlanıldı - KMBİ-dən əməliyyat - VİDEO
01 Oktyabr 2026 10:24
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana ekstradisiya edildi
30 Sentyabr 2026 13:49
Bərdədə 26 yaşlı gənc qətlə yetirildi
30 Sentyabr 2026 10:19


Bakı -°C

