adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Yanvar 2018 13:21
46689
ƏDƏBİYYAT

Sabirin yolu uğursuzdurmu? - SORĞU

Bu günlərdə Ayxan Ayvazın Sabir haqqında yazdığı yazıböyük rezonans doğurub. Sabirin satirasını, tutduğu mövqeni tənqid edən gəncyazar onun xalqı aşağıladığını düşünür.

Sizcə, Ayxan Ayvazhaqlıdırmı? Sabir həqiqətən öz satirasında xalqı aşağılayıbmı? Sabirin yoluuğursuzdurmu?

Adalet.az bu barədə sorğu keçirib.



"Xəzər" Universitetinin dosenti Vurğun Əyyub:"Məncə, Ayxan Ayvazın yazdıqları heç bir rezonans doğurmayıb. (Hərçənd ki, yazının məqsədi də, deyəsən, diqqət cəlb etmək imiş.) Onun düşüncələrinin səthiliyi bəzilərində qəzəb, bəzilərində isə heyrət yaradıb. Ayxanın Sabir yaradıcılığı ilə dərindən tanışlığı da böyük şübhə doğurub. Sabir bizim böyük, milli şairlərimizdən biridir. Bu haqda geniş yazmaq lazımdır, sorğu vasitəsilə ona qiymət vermək mümkün deyil.”




Şair Aqşin Yenisey:"İmaməddin Nəsimidənsonra ictimai əhəmiyyətinə görə Sabirdən başqa üçüncü yazarımızın adınıxatırlamaqda çətinlik çəkərək deyim ki, bu cür subyektiv tənqidlərə qarşı yabagötürmək fikirim yoxdur. Əksinə, ölkədə tənqid ruhunu qoruyub saxlamaq üçünyanlış da olsa tənqidi yazılar yazılmalıdır. Çünki bu gün tənqid ruhu deməkolar ki, nə mediada, nə televiziyada var. Özünə gülməyi bacarmayan xalq ölümə məhkumdur.Dünyanın ən məşhur əsəri "Lamançlı Don Kixot və nökəri Sanço Panso” xaç yürüşlərindənsonra bütün Avropanın cəngavərlik ruhunu ələ salırdı, ifşa edirdi. YaxudBernard Şounun ingilislərə necə güldüyünü xatırlayın. Haynrix Böll almanlarınetinasızlığını ifşa edirdi. Bunları bilmədən yazar və oxucu əlini qələmə vəqılınca uzatmamlıdır.”


Jurnalist Elçin Əlibəyli:"Ayxanın mövqeyi yenideyil, zaman-zaman belə fikirlər səslənib. Mən düşünürəm Sabirin satirasımaarifləndirmək üçün qamçı idi. Hadi və Əli bəy Hüseynzadənin cəhdləri nəticəsizqaldı. O dönəm oxucuya məhz Sabir kimi yanaşmaq lazım idi. Bəlkə elə indinin də.”










Ədəbiyyatşünas İradə Musayeva: "Əvvəla, ağzımızda satira deyirik. Satira elə bir ifadə formasıdır ki, orda məhz elə Sabir kimi deməlisən sözünü.Yaşadığı cəmiyyətin ictimai-siyasi, sosial həyatındakı neqativlikləri tənqid edərək... M.Ə.Sabir 1906-cı ilə, "Molla Nəsrəddin” jurnalı fəaliyyətə başlayana qədər M.Füzuli kimi qəzəllər yazırdı. Sevgi motivli. Amma "Molla Nəsrəddin” jurnalı onu şövqə gətirir və daxilindəki etirazları üçün bu formada ifadə üslubunu (satiranı) seçir, 5 ilin içərisində bizim bu gün tanıdığımız M.Ə.Sabirə çevrilə bilir. Bir də ki, bu "xalqı aşağılamaq” ifadəsini heç sevmirəm. R.Tağının tənqidi, A.Ayxanın xalqla "zarafatlaşması” da elə o çalarlıdır. Sabir xalqı tənqid etməyib heç vaxt, xalqı cəhalətdə saxlayan, onun elminə, mədəniyyətinə, əxlaqına xor baxan adamları tənqid edib. Ona qalsa gərək rus ədəbiyyatında N.V.Qoqolu, Ş.Şedrini də qəbul etməyələr...

Ümumiyyətlə, mənə qəribə gəlir bəzən adamlar ya romantiklər, ya realistlər, tənqidçi realistlər tərəfindən çıxış edəndə... Bu ədəbiyyatşünaslıqda qeyri-profesionallıqdır. Hər üslub, hər metod, hər cür özünüifadə ən yaxşı formada olsa qəbul ediləcək. Necə ki, mən Sabiri də, R.Tağını da, hətta onları qarşılaşdırıb gündəmin söz konusu olan A.Ayxanı da qəbul edirəm və həvəslə oxuyram...

Sabiri qəbul etməmək həm də C.Məmmədquluzadəni, Ə.Haqverdiyevi, Ü.Hacıbəyovu, Ə.Qəmküsarı, Ə.Nazimi qəbul etməməkdir. Ü.Hacıbəyovun musiqili komediyalarında ("Arşın mal alan”, "O olmasın, bu olsun” və s.) və felyotonlarında dediyini M.Ə.Sabir şeirlə deyib və gözəl deyib... Bu cümlələri isə A.Ayvazın dünyagörüşünə, ədəbi səviyyəsinə tən gəlməyən sitat kimi verirəm:
"Mən dünyanın heç bir yerində Sabir kimi şair görməmişəm. Bəlkə var, amma xəbərim yoxdur. Əlinə balta alıb xalqın onurğa sütununu baltalamaqda və sanki çıxış yolu tapmaqda”. Bu yerdə Sabirin sözünü də xatırlatmaq məcburiyyətindəyəm:

Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni ta yazım,
Pisi pis, əyrini əyri, düzü həmvar yazım,
Niyə bəs boylə bərəldirsən, a qarə, gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?!"


Yazıçı Kənan Hacı: "Mən gənc dostum AyxanAyvazın Sabirlə bağlı yazısını oxudum. Açığı, Ayxanın Sabirə səthi yanaşması məniməyus etdi. Ayxan ədəbiyyatı çox gözəl bilir və onu da yaxşı bilir ki, Sabirhansı mühitdə yetişib. Sabir də Mirzə Cəlil kimi gözünü dünyaya açanda hər yeriqaranlıq görmüşdü. Millət cəhalətin içində boğulurdu. Ona qədər Axundov, Həsənbəy Zərdabi maarifçilik hərəkatına başlasalar da biz xalq olaraq hələ çox-çoxgeridə idik. Maarifçilik ənənələri hələ geniş formada yayılmamışdı. Sabir neyləməliidi? Fəlsəfi traktat yazmalı idi? Onu kim anlayacaqdı? Axı təhsilsiz kütləyəböyük dəyərlərdən danışmağın özü də gülüncdür. Sabir xalqla öz dilindədanışmağı tərcih etdi, elə yazdı ki, uşaqdan böyüyə hamı onu anlasın, hər kəseyiblərini görsün və utansın. Sabir "get məktəbə, cavanım, elmin yolunda canver” deyib xalqın övladlarını təhsilə çağırırdı. Uşaqlarını "uşqol”dan gizlədənləriamansız satira atəşinə tuturdu. Bunu millətini aşağılamaq üçün yox, yüksəltməküçün edirdi. Ayxanın məntiqi ilə onda gərək XX əsrin əvvəllərindəki bütün ədiblərin- Mirzə Cəlilin, Haqverdiyevin, Nəcəf bəy Vəzirovun və digərlərinin üstündən xəttçəkək. Kökündən yanlış yanaşmadır. Bu mövzuda daha geniş danışmaq olar. Amma məncə,Ayxan dostum bunları yaxşı bilir. Bilmirəm niyə belə yazıb.



Yazıçı Mübariz Örən:"Sabir böyükdü!Sabir dilimizin əzbəri, içimizin işığıdı. "Çıxdı günəş, doldu cahan nur ilə.Cütcü sürür tarlada cüt şur ilə..." - ruhumuzun ritmidi. Sabir azərbaycanlıxislətini ilmə-ilmə, naxış-naxış həkk edib, düzümüzü, əyrimizi güzgüləndirib,yaxşı-pisimizə işıq salıb ki, arınaq, təmizlənək, "əcnəbi”lərlə ayaqlaşaq,geridə qalmayaq. İstedad dağarcığı saydığım dostum Ayxan Ayvazla la bu yerdə həmrəydeyiləm.”








Jurnalist Ləman Ələşrəfqızı:"Ayxanı qınadım.Sabir Azərbaycan poeziyasının, satirasının nəhənglərindəndir. Onun haqqındadanışmaq sizə, bizə düşməz. Hələ özümüz o səviyyəyə çataq.”






Şair Aqşin Evrən: "Açığı, Sabir və onun yolu məni maraqlandırmır, vaxtında oxumuşam, bitib,indi qətiyyən maraqlı deyil. Amma deyim ki, Sabiri bu gün sevib dağ başınaçıxaranların çoxunun onun yaradıcılığı - qəzəlləri haqda qandığı qrafa yoxdur.Hardansa oxuduqları 3-4 yüngül satiradan yapışıb "Sabir dahidir” deyirlər.Sabir bilsəydi ki, onu satirları ilə xatırlayacaqlar, ölüb yerə girərdi.

Ümumiyyətlə,bizim toplum həddindən artıq bütpərəstdir. Bir dəfə dostlardan biri "Hardamüsəlman görürəm, qorxuram” misrasını status kimi yazmışdı, adamı daş-qalaq eləmişdlər.Açıqlayanda ki, bu misra Sabirindir, yenə həmin adamı daş-qalaq elədilər ki, "Sabirböyükdür, o başqa şeyi nəzərdə tutub, o yazıbsa, sən niyə paylaşmısan?!” Məncə, artıq buradahər şey aydın olur.