Sabirabadda narkotik alverçisi saxlanılıb
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Kürkəndi kənd sakini, 25 yaşlı Valeh Zərbalıyev saxlanılıb.
RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
04 May 2024 20:37
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 13:58Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - VİDEO
04 May 2024 10:28Beyləqanda dörd narkotacir ələ keçdi
03 May 2024 16:04Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48