Sabiq məşqçimizin ölümünə görə matəm elan olundu
Futbol üzrə Azərbaycan millisinin keçmiş baş məşqçisi Karlos Alberto Torresin vəfatı ilə əlaqədar Braziliyada 3 günlük matəm elan olunub.
Adalet.az xarici KİV-lərə istinadən xəbər verir ki, tanınmış futbolçu ilə vida mərasimi Braziliya Futbol Konfederasiyasının (CBF) inzibati binasında keçiriləcək.
CBF-nin qarşısındakı bayraqlar endiriləcək, ölkə çempionatında oynanılacaq görüşlər isə 1 dəqiqəlik sükutla başlayacaq.
Qeyd edək ki, K.A. Torres ötən gün 72 yaşında infraktdan vəfat edib.
K.A.Torres Braziliya millisi ilə 53 oyuna çıxıb. Onun kapitanı olduğu yığma 1970-ci ildə dünya çempionu olub.
Digər Xəbərlər
04 May 2024 13:37
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 10:29Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı
03 May 2024 23:04UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06