adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 May 2018 13:08
7761
MƏMLƏKƏT

Sabahın hava PROQNOZU - Bakıda 29, rayonlarda 33 dərəcə isti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Adalet.az-averdiyi məlumata görə, sabahBakıda və Abşeron yarımadasındasəhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 761 civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

Mayın 22-dəşimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx)mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanınrayonlarında

Mayın 22-də ayrı-ayrı yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi qərb rayonlarında leysan xarakterli olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.