Sabah qar yağacaq

Noyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az--a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 9-11° isti, günün birinci yarısında 11-13° isti, günün ikinci yarısında 7-9° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 11-16° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Digər Xəbərlər

Bakıda məşhur şadlıq sarayları cərimələndi

Sumqayıtda partlayış - Bir nəfər yaralandı

Azərbaycanda övladlığa götürülən qız anasını evdən çıxardı - VİDEO

Hacıqabulda ərazilərin sudan təmizlənməsi davam etdirilir - VİDEO

Hacıqabulda selin apardığı velosipedçini polis ölümdən qurtardı - VİDEO

“Vialon” MMC sakinlərlə razılaşmadan söküntü aparır - VİDEO

Hacıqabulda bəzi əraziləri su basdı - 2 nəfər təxliyə edildi -VİDEO
