"Sabah" heyətini yeni futbolçu ilə gücləndirdi

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Adalet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir kİ, gənc futbolçu Aaron Maluda Fransanın "Lill" klubundan bir illik icarəyə götürülüb.
Maluda Fransanın "Lion" klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində "Lill", "Renn" və "Nim" klublarının ikinci və əsas komandalarında oynayıb.
Qeyd edək ki, vinger Fransanın U-19 millisinin də üzvü olub.