adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Dekabr 2017 17:20
13336
MƏMLƏKƏT

Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

Asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq sabah (13 dekabr) səhər saatlarından etibarən Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində, daha dəqiqi prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Adalet.az xəbər verir ki, bu barədə "Azəravtoyol” məlumat yayıb.

Məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarınadək tətbiq ediləcək.