adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Fevral 2017 17:45
5347
MƏMLƏKƏT

Sabah Bakının mərkəzində küçələrdən biri bağlanır

Aparılan təmir işləri ilə əlaqədar olaraq Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsinin kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində 23 fevral 2017-ci il tarixində səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.

"Azəravtoyol” ASC-dən Adalet.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması bir neçə saat ərzində tətbiq ediləcək.

"Göstərilən müddət ərzində sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur”, - deyə məlumatda bildirilir.