Saatlıda ağır qəza: Ata və 1 yaşlı oğlu öldü
Saatlıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Adalet.az "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Bəylik kəndi ərazisində baş verib.
1984-cü il təvəllüdlü Bakı sakini Qəmbərov Şamo Səlamət oğlunun idarə etdiyi "Opel” markalı avtomobil yol kənarındakı dirəyə çırpılıb.
Qəza nəticəsində Ş.Qəmbərov və 1 yaşlı oğlu Rauf dünyasını dəyişib. Faktla bağlı ərazidə araşdırma aparılır.
Digər Xəbərlər
04 May 2024 14:37