adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Oktyabr 2014 01:29
4882
GÜNDƏM

Saatı çəkməyi unutmayın!

Bu gün səhər saat 5.00-da Azərbaycan ərazisində saatın əqrəbləri bir saat geri çəkilməklə qış vaxtına keçiləcək.

 

Nazirlət Kabinetinin qərarına əsasən qış vaxtı mart ayının 29-dək davam edəcək. Mart ayının sonuncu bazar günü isə elə eyni vaxta, səhər saat 5:00-da saatın əqrəbləri bir saat irəli çəkilməklə yay vaxtına keçilir.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli, 21 nömrəli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.