Saakaşvili və xanımının əmlakına həbs qoyulub
Gürcüstanın Baş Prokurorluğu eks-prezident Mixail Saakaşvili və xanımı Sandra Rulofsun əmlakına həbs qoyub.
Adalet.az xəbər verir ki, sabiq prezidentin vəkili Otar Kaxidze Saakaşvilinin anası və nənəsinin əmlakına da həbs qoyulduğunu deyib.
"Həbs qoyulan əmlaklar arasında Saakaşvilinni nənəsinə məxsus köhnə maşın və torpaq sahəsi də var”.
Otar Kaxidzenin sözlərinə görə, məsələ ilə bağlı onlar Strasburq İnsan Hüquqları Məhkəməsinə şikayət etmək niyyətindədirlər.
Qeyd edək ki, Mixail Saakaşvili yeni prezident Georgi Marqvelaşvili ötən ilin payızında and içdikdən sonra ölkəni tərk edib. Bir neçə ay əvvəl isə Gürcüstan Prokurorluğu onun barəsində cinayət işi açaraq, beynəlxalq axtarışa vermişdi.
Digər Xəbərlər
04 May 2024 21:30
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 10:00Estoniya parlamentində qalmaqal: Deputat cinsi təcavüzdə ittiham olunur
04 May 2024 09:19Borreldən etiraf: “ABŞ hegemon statusunu itirib”
04 May 2024 09:10Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi
03 May 2024 22:37