“Tramp Ukrayna-Rusiya savaşında ilkin razılığa nail olmağa çalışır...”
“İndi az qala bütün dünya mediası D.Trampın təmsilçilərinin sülh missiyasından yazır. Moskvada V.Putinlə görüşdən sonra ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşner Kiyevə V.Zelenski ilə görüşə gəliblər. Azadlıq Radiosu Ağ Evə istinadən Moskva müzakirələrini “məhsuldar” adlandırıb. Putinin köməçisi Yuri Uşakov da danışıqların əhəmiyyətli və konstruktiv olduğunu deyib. Uşakovun deməyindən məlum olur ki, Moskva əvvəlki mövqeyində qalır, yəni Kreml Ukraynanın NATO üzvlüyü ümidinin sona çatdırılmasını, Ukrayna ordusunun effektiv silahsızlandırılmasını, digər tarixi narazılıqların həllini istəyir”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib.
“Kiyev əvvəlki danışıqlarda bunlardan imtina etmişdi. V.Zelenskinin bu dəfə nə deyəcəyi bilinmir. ABŞ prezidenti isə tezlikə nəticənin olmasına tələsir, özü İranda palçığa batsa da, Ukrayna-Rusiya savaşında ilkin razılığa nail olmağa çalışır. Çünki qarşıdan seçkilər gəlir və D.Tramp yenidən bu seçkidə iştirak edəcəyini bildirib.Bəs Kiyevlə Moskva araslnda sülh olacaqmı? İndiki şəraitdə tərəflərdən biri, yəqin ki, daha çox Ukrayna əsaslı güzəştə getməsə heç bir razılaşma olmayacaq. Kiyev isə (son həftələr Rusiyanın raket yağışı altında olmasına baxmayaraq) bu güzəştə getməyəcək, çünki onun hərbi-siyasi mövqeyi son bir ildə xeyli güclənib. Əlbəttə, danışıqlarda hər cür gözlənilməzliklər də mümkündür”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Oktyabr 2026 14:09
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
24 Oktyabr 2026 12:40
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
24 Oktyabr 2026 10:23
Azərbaycan XİN Zambiyanı Milli Günü münasibətilə təbrik edib
24 Oktyabr 2026 10:22
“Bu əməliyyatlar baş tutsa da İranda rejimi dəyişəcək bir proses olmayacaq...”
24 Oktyabr 2026 10:18
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
24 Oktyabr 2026 09:01
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
24 Oktyabr 2026 08:40
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR
23 Oktyabr 2026 23:38


Bakı -°C

