adalet.az header logo
  • Bakı -°C
05 Sentyabr 2026 14:21
58
İDMAN
A- A+

“KƏPƏZ”  -  AZƏR BAĞIROV ("Şamaxı")  1 : 4 - Vaqif TANRIVERDİYEV yazır

Bu oyuna  gəncəli azarkeşlər arasında böyük maraq vardı.  Yerli komanda  “Şamaxı”ı komandasını qəbul edirdi.  Bu  qarşılaşma   həm də ona görə   xüsusi əhəmiyyət daşıyırdı ki,   qonaq komandanın Baş məşqçisi Azər Bağırov idi.

Bu həmin  Azər Bağırov idi ki,  “Kəpəz” komandasının  ən  çətin, ikinci dəstəyə düşmək təhlükəsi ilə üz-üzə  qalanda   məsuliyyti öz üzərinə götürdü  və  batmaqda olan gəmi    kapitanı  kimi   “Kəpəz”i  ikinci dəstəyə düşmək  təhlükəsindən  xilas etdi.  Onun  istefasının səbəbi hələ də    müəmma olaraq qalır. 

Bu oyun həm də duel təsiri  bağışlayırdı:  bir tərəfdə  vaxtilə “Kəpəz”ə rəhbərlik etmiş, onu ikinci dəstəyə düşmək təhlükəsindən xilas etmiş  və  hazırda  “Şamaxı” komandasını çalışdıran  Azər Bağırov, digər tərəfdə   isə  vaxtilə “Kəpəz”də baş məşqçi kimi çalışmış  və yenidən  etmad göstərilən   Azər Məmmədov  dayanmışdı.

Gəncə stadionu  belə tarixi məqamı bir dəfə yaşayıb. Qədim şəhərin futbol komandası  ikinci liqanı uğurla baş vurub SSRİ birinciliyi yarışında iştirak etmək hüququ qazananda da  yeni stadiona ehtiyac var  idi və gəncəlilər yaxşı xatırlayırlar. O vaxt bütün şəhər elliklə  yeni stadionun tikintisinə köməyə axışdı və  idman sarayı fantastik bir vaxtda ilk oyuna hazır oldu. Onda futbolçular da  azarkeşlərə borclu qalmadı, “Dinamo” Kiyev,  “Torpedo” Moskva,  “Dinamo” Tbilisi, xüsusilə “Ararat” Yerevan komandaları ilə keçirilən yarışları   yaşlı insanlar bu günkü kimi  xatırlayırlar.

Qədim şəhər yenə  də o  ab-havada idi. “Kəpəz” yeni stadionda keçirilən  birinci oyunda qələbə qazanaraq  azarkeşlərin  etimadını doğrultdu. Növbəti oyuna da  futbolsevərlər  stadiona qələbə ab-havası ilə  toplaşmışdılar. 
 Amma “Kəpəz” qədim şəhərin çoxminli azarkeşlərinin arzusunu gözündə qoydu.  Azər Bağırov  yeni  komandası ilə “Kəpəz”i  məğlub etdi. 

Təəssüf... “Kəpəz”  yeni stadiona layiq oyun göstəsmədi,    çoxminli azarkeşlərin   ehtirasının üstünə su  səpərək   onların  arzularını gözündə qoydu.