adalet.az header logo
  • Bakı -°C
27 Avqust 2026 12:41
36
ŞOU-BİZNES
A- A+

Müğənni: “Gündəlik həyatım heç kəsə maraqlı deyil”

Müğənni- bəstəkar Pərvin Lətifov  sosial şəbəkədən istifadə etməməsindən danışıb.

Adalet.az xəbər verir ki, o, sosial şəbəkəyə   ayırmağa  zamanının olmadığını söyləyib:

“Mən həm özümü inkişaf etdirirəm, həm öyrədirəm. Məşğuliyyətimi də səmərəli istifadə edirəm.  Bu səbəbdən sosial  şəbəkələrdən az  istifadə edirəm. Düşünürəm ki, gündəlik həyatımı sosial şəbəkədə paylaşmaq mənasızdır. Bəzən də zaman alır. Sənətçi dostlarım gündəlik həyatlarını, bölüşdüyü səhnələri paylaşırlar. Bu olmalıdır, normal haldır. İzləyiciləri baxır. Ancaq mən düşünürəm ki, gündəlik həyatımı paylaşmaq kiməsə maraqlı deyil. Bu mənim şəxsi fikrimdir.
Bundan ötrü kiməsə demərəm ki, mənim əvəzimdən şəkillərimi paylaş”.

Əntiqə