“Xalq dərin köklərinə bağlı qalaraq, üstündə dayanaraq müasirləşəndə daha güclü olur”
“Qədim və zəngin dövlətçilik ənənələri olan, dünya mədəniyyəti yaradan xalqımız kökləri minilliklərə gedib çıxan mədəni və mənəvi tarixinə sahib çıxaraq, qoruyaraq bu günə gəlib. Lakin düşmən, bədxah dövlətlər və qüvvələr cəmiyyəti daxildən parçalamaqdan və müqavimət gücünü zəiflətməkdən ötrü daim aşağıdakı bir sıra üsullardan istifadə ediblər: xalqı ayaqda dik tutan milli-mənəvi dəyərlərini aşındıraraq yad mədəniyyəti sırımağa, dövlətçilik tarixini inkar etdirməyə, görkəmli dövlət xadimlərinin, şəxsiyyətlərinin olmadığını, tarixini şəxsiyyətsizləşdirməyə, sanki dünən, yağışdan sonra “dam üstündə bitən ot” kimi meydana çıxdığını, yalnız məhdud folklor, kiçik humanitar təfəkkürlü xalq kimi göstərməyə çalışıblar”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.
O, bildirib ki, XIX əsrin əvvəllərindən etibarən Azərbaycan imperiya zülmü altına düşəndən sonra düşünülmüş şəkildə xalqımızın sanki dövlətlərinin, dövlət xadimlərinin və tarixi şəxsiyyətlərinin olmadığı təlqin edilib:
“Müstəqillik şəraitində də milli təhlükəsizliyimizə təhdid olan belə yanaşmalar bu və ya başqa formada müxtəlif coğrafiyalarda təzahür edir. Cənab Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı AzTV-yə müsahibəsində dediyi dərin mənalı fikirlər və anadan olmasının 900 illiyi bu il tamam olan Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin abidəsini açması bütün bunların baxımından bir dərsdir.
Birincisi, cənab Prezident Naxçıvanın çox zəngin tarixə və mədəniyyətə, o cümlədən dünya əhəmiyyətli memarlıq mədəniyyətinə malik olduğunu deməklə xalqımızın dünya mədəniyyəti yaradan xalq olduğunu, tarix və mədəniyyət abidələrinin qorunmasının vacibliyini vurğuladı. Əcəmi Naxçıvaninin abidəsini açması isə tarixi-mədəni irsə yüksək dövlət qayğısının konkret təzahürüdür.
İkincisi, dövlət başçısının Naxçıvanın qədim Atabəylər dövlətinin paytaxtı olduğunu qeyd etməsi Azərbaycan xalqının dərin dövlətçilik ənənələri yaratdığını və qədim diyarımızın ən gözəl memarlıq abidələrinin məhz o zaman meydana çıxdığının xatırlanmasıdır. Atabəylər dövləti ilə bağlı deyilən fikirlər dövlətçilik tariximizə sahib çıxmaqda yol göstərir.
Üçüncüsü, cənab Prezidentin ölkəmizdə görülən bütün işlərin təməlində milli kimliyimizin, milli ruhumuzun, mədəniyyətimizin, dilimizin, ədəbiyyatımızın və tariximiz dayandığını deməsi bundan sonra da həmin amilləri göz bəbəyi kimi qorumağın zəruriliyinin tövsiyə edilməsidir. Xalq dərin köklərinə bağlı qalaraq, üstündə dayanaraq müasirləşəndə daha güclü olur və hədəflərinə çatır. Nəhayət, dövlət başçısının “Azərbaycan xalqı xoşbəxt xalqdır, biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik” fikirləri dünyanın harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar üçün qürurvericidir. Cənab Prezident bildirdi ki, Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib”.
M.Qasımlı deyib ki, bu sözlər görkəmli şəxsiyyətlərimizi qorumağın önəmini göstərir:
“Müxtəlif dövrlərdə qurulmuş dövlətlərinə, görkəmli dövlət xadimlərinə və böyük tarixi şəxsiyyətlərinə sahib çıxmayan, qorumayan xalqın tarixini başqaları yazaraq şəxsiyyətsizləşdirər, sonra isə dövlətsizləşdirərlər. Ona görə də cənab Prezident İlham Əliyevin söylədiyi fikirlər tariximizə, xüsusən dövlətçilik tariximizə, görkəmli dövlət xadimlərimizə, böyük tarixi şəxsiyyətlərimizə, zəngin və qədim mədəniyyətmizə hörmət və ehtiramla yanaşmağa, qədrini bilməyə və əmanət kimi qorumağa bir çağırışdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
13 Avqust 2026 12:56
İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13 Avqust 2026 10:56
“Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyur”
13 Avqust 2026 10:51
“Naxçıvan tarixində bu il daha bir ilk yaşanacaq”
13 Avqust 2026 10:40
“Kreml bu məqsədlə Rusiyanı Şimali Koreya ilə birləşdirən körpünün tikintisinə...”
13 Avqust 2026 10:38
“Yekun sülh müqaviləsi yaxın perspektivdə mümkündür”
12 Avqust 2026 18:00
Naxçıvan yeni geosiyasi və iqtisadi mərhələdə
12 Avqust 2026 15:42
"Naxçıvanın geosiyasi və geoiqtisadi baxımdan əhəmiyyəti artır”
12 Avqust 2026 15:03


Bakı -°C

