adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Aprel 2019 15:06
22812
ƏDƏBİYYAT

Rüstəm Kamalın insanlıq dərsi - Tərlanə Yaqub qızı yazır

Azərbaycanədəbi tənqidinin görkəmli nümayəndəsi Rüstəm Kamal cəmiyyətdə hamının etiramlayanaşdığı çağdaş ziyalılarımızdan biridir. Ədəbi tənqiddə öz sözü, öz bənzərsizdəst-xətti olan bu alim haqqında çox yazılıb, çox fikirlər söylənilib. Amma mənRüstəm Kamalın elmi yaradıcılığından deyil, bir insan kimi ali keyfiyyətlərindənsöz açmaq istəyirəm.

Biz Rüstəm Kamalın oxucusuyuq, həm də RüstəmKamal bizim oxucumuzdur. Demək olar ki, hər gün milli kitabxanaya bir oxucukimi təşrif buyuran bu gözəl insanı mən hələ yazdığı kitab və məqalələrdənqiyabi olaraq tanıyırdım. Zaman elə gətirdi ki, necə deyərlər, "igidin adını daeşitdim, üzünü də gördüm”. Bu tanışlıq ilk gündən məndə xoş təəssürat yaratdı.Rüstəm Kamal olduğu kimi görünən, göründüyü kimi olan insanlardandır. Yazdığı əsərlərkimi o özü də məhdud çərçivəyə, dar qəlibə sığmır. Bu adam öz sadəliyi, səmimimiyyətiilə ilk baxışdan diqqəti cəlb edir. Bəlkə də tələbələri tərəfindən bu qədərsevilməsinin bir səbəbi də budur.

Tələbəlik vaxtlarında bizim hər birimizinsevimli müəllimi olur və illər keçəndən sonra da onları ehtiramla xatırlayırıq.İmaməddin Zəkiyev, Əşrəf Xələfov, Camal Mustafayev kimi müəllim adını layiqincədoğruldan ziyalıların mühazirələrini dinləməkdən yorulmaz, dərsin tez bitməsindəntəəssüflənərdim.Onlar əsil müəllim idilər.

Rüstəm Kamal da əsil müəllimdir. Ona görəəsil müəllimdir ki, o, yalnız bir neçə saatlığa dərsini deyib vəzifəsini bitmişhesab etmir. O milli kitabxanada sanki universitetdə gördüyü işi davam etdirir,tələbələrə faydalı məsləhətlər verir, onları oxumağa, yazıb-yaratmağa həvəsləndirir.Şam işığına yığışan pərvanələr kimi tələbələr də onun ziyasına toplaşırlar.O,tələbələrəkitabı sevdirir, onları zəngin ədəbiyyat dünyasına dəvət edir və bu gözəlmissiyadan zövq alır.

Rüstəm Kamal zəhmərsevər insandır. Daima yorulmadançalışır və ətrafında olan zəhmətsevər insanları da dəyərləndirməklə onlara mənəvidəstək olur. Bir dəfə mənə bircə gün kiməsə balaca da olsa yaxşılıq etməsə,evə əliboş getdiyini sandığını söylədi.


Hər dəfəkitabxanada mənim iş masama yaxınlaşıb hal-əhval tutanda sanki bu gözəlinsandan əlavə enerji alıram.

Və günlərin birində mənə yenicə çapdançıxmış kitabını hədiyyə etdiyində qəlbimdən bu gözəl insana şeir yazmaq keçdi.Çünki bəzən sevdiyimiz insanlara öz duyğularımızı şeirlə çatdırmaq daha asanolur.

Onu dərd götürər kimə görəsə,

Özgə kədərini kədəri bilər.

Bir gün bir kimsəyə kömək etməsə,

Sanarki, evinə əliboş gedər.

Qələminmüqəddəs, elminibadət,

Ay alim qardaşım, nə yaxşıvarsan!

Qəlbində insana böyük məhəbbət,

Sən insanlıq üzrə professorsan!

Bu axşam gözümə yuxu getməyib,

Dua eləmişəm səhərə qədər.

Nə yaxşı insanlıq hələ ölməyib,

Şükür eləmişəm buna nə qədər.

Qayğılar içində başım itəndə

Gəlib əhvalımı sən şən edirsən.

Vallah, inanıram yeri gələndə

Qəlbini Danko tək məşəl edirsən.

Adam var, oturub kabinetində

Səni dinləməyə həvəsi çatmır.

Adam var, kimisə görsə çətində

Yaxşılıq etməsə nəfəsi çatmır.

Sən özün zəhmətlə ucaldığından

Qədrini bilirsən işləyən kəsin.

Gözümün düşməni biganə adam

İnsanlıq dərsini səndən öyrənsin!

Daha dünyamızçün fikir etməyin,

Sevinin, hörmətliprofessorlar!

Dünya bundan sonra dağılan deyil,

Nə qədərdünyada Rüstəm Kamal var.

ƏliyevaTərlanə,

Milli Kitabxananınaparıcı kitabxanaçısı.