adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Dekabr 2014 13:45
7687
MƏMLƏKƏT

“Ruslar zombilər yaradırlar” – Yunus Oğuz

"Ruslartarixən güclü dövlət qurublar, yaxşı çarları olub, müharibələrdə qalib gəliblər,amma onların dünya cahangirləri olmayıb. Bunun əvəzində də məcburdurlar türk cahangirlərindənyapışsınlar, onu özününküləşdirsinlər”.  Bufikri yazıçı-publisist, tarixi araşdırmaçı Yunus Oğuz Rusiya telekanalında Əmir Teymurun slavyan əsilli olmasına dair rusların iddialarına münasibət açıqlayarkən Adalet.az-a bildirib.

Qeyd edəkki, RenTV kanalında yayımlanmış bir verilişdə iddia olunurdu ki, Əmir Teymurun məzarıaçılıb antropoloji araşdırmalar aparıldıqdan sonra onun qıyıq gözlü Asiya türküdeyil, sarı qıvrım saçlı, mavi gözlü bir slavyan olduğu məlum olub. Başqa sözlə,Teymurləng slavyan əsilli, amma türk toplumuna rəhbərlik edən bir cahangirolub.

ƏmirTeymurun qəbrini tədqiqatçı Gerasimovun açdığını xatırldan Yunus Oğuz diqqətəçatdırıb ki, onun nəşi Sankt-Peterburqdakı Antropologiya İnstitutuna araşdırmaüçün aparılıb. Onun araşdırmalarından sonra əmirin sümükləri əsasında indi hərkəsin gördüyü rəsmini fotorobota nəzərən hazırlayıblar: "Rusların deməyi ilədeyil ki! Antropologiya var, tarixi faktlar var... Bir sümüyü öyrənib onun kimolduğunu, hansı millətə aidliyini deməyə nə var? Rus harda, əmir Teymur hardayaşayıb... Rus belə bir iddia irəli sürəndə əvvəlcə baxıb görsün hansı millətintarixi qədimdir. Hələ Qumilyov vaxtilə deyirdi ki, istənilən rusun kökünüqazsan, ordan türk çıxacaq. Nə vaxt ki rusun vəziyyəti pis olur slavyan-türkbirliyindən dəm vurur. Onların siyasəti budur. Buna təəccüblənmək lazım deyil.Ruslara qalsa, onlar öz köklərini əvvəlki sivilizasiya hesab edilən Atlantidanbaşlandığını iddia edirlər. Yəni kökü 9-cu əsrdən başlayan bir millət öz kökünüharasa bağlamaq, özünə qədim tarix yazmaq marağındadır. Onlar belə bir şüurformalaşdırmaq istəyindədirlər ki, guya kökləri daha qədimdir, daha soylu millətdirlər...1938-ci ildə bizə niyə azərbaycanlı adını verdilər? Məqsəd bizi öz türkkökümüzdən ayırmaq idi. Bu o demək idi ki, sənin soyun, kökün, dilin yoxdur. Sənbir plastilinsən və istədiyimiz şəkildə səni yoğura, səndən forma düzəldə bilərik.Çünki bilirdilər ki, kökü türk millətinə bağlanan bir toplumun istənilən haldatarixi slavyandan daha qədimə gedib çıxır. Bu, bir imperiya təfəkkürüdür. Onlaröz təhsil ocaqlarında bunu yetişdirirlər. Ruslar nəsillərin şüurunu yuyub zombiləryaradırlar. Və həmin hazırlanmış zombilər də öz tarixinin qədim olmağına, özkökünün dərin olmağına inanmalıdır ki, gücü olsun. Özünün dövlətçilik prinsiplərinəhesablanmış bir təbliğatdır. Rus millətinin gələcək bünövrəsini saxlamaqüçündür".