adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Noyabr 2017 18:47
29698
SİYASƏT

Rusiyaya, yoxsa Türkiyəyə güvənək?

"Hər seydən əvvəl onu qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bir çox beynəlxalq, regional və münaqişə tərəflərinin, eləcə də münaqişədə maraqlı olan dövlətlərin siyasətində məsələyə münasibətdə köklü dəyişikliklər baş verməlidir".Bunu Türkiyə prezidenti Rəcəb TayyibƏrdoğan və Rusiya Prezidenti Putin arasında keçirilən görüşü şərh edənpolitoloq Nəzakət Məmmədova deyib. Onun sözlərinə görə, beynəlxalq şərait elə dəyişməlidir ki, münaqişənin həlli buna mane olan, indiki statsu-kvonu saxlamaqda maraqlı olan dövlətlərin, ayrı-ayrı qüvvələrin və müəyyən güc mərkəzlərinin qeyri-konstruktiv mövqe tutmalarına baxmayaraq labüd olsun:"Bunu da şərtləndirən bir çox amillər meydana çıxmalıdır. Məsələn, ilk növbədə ABŞ Cənubi Qafqazı özünün "həyati maraq zonası" elan etməlidir. Lakin Tramp Administrasiyası öz diqqətini hazırda Yaxın Şərq və Cənub-Şərqi Asiya regionuna cəmləşdirib".

Politoloq bildirib ki, Yaxın Şərq məsələsində plan bu idi ki, proseslər mərhələli şəkildə İrana, oradan da Cənubi Qafqaza doğru, Rusiyanın, MDB-nin cənub sərhədlərinə qədər irəliləsin və həm İran, həm Rusiya bu münaqişəyə cəlb olunsun. Lakin ruslar və farslar bunu başa düşdülər və bütün səylərini birləşdirib Suriyada prosesi özlərinə uyğun şəkildə yekunlaşdırdılar. ABŞ-ın planı Rusiyanı Qara dənizdə Ukrayna tərəfdən, Baltik dənizdə Baltikyanı ölkələrdən NATO vasitəsilə mühasirəyə alıb sıxışdırmaq idi. Eyni zamanda, Şimali Koreya məsələsini bəhanə gətirib şərqdənSakit Okeanda öz donanmasını, hərbi gücünü artırmaq və Rusiya ilə Çinə nəzarətigücləndirmək idi. Lakin gördüyümüz kimi, Rusiya müqavimət göstərməyi bacardı vəbu planın Cənubi Qafqaz istiqamətində irəliləməsinin müvəqqəti də olsa qarşısıalındı. Təbii ki, Türkiyə və İran ona dəstək verdilər. Ola bilsin ki, bu plan xaos yaratmaqla, yəni münaqişənin MDB-nin cənub sərhədlərinədək irəliləməsi ilə bərabər, eyni zamanda burada radikal bir dönüş yarada, Qarabağ məsələsinin həllinə də hansısa formada təsir göstərə bilərdi.

Hazırda isə Rusiyanın nəinki öz sərhədləri daxilində, hətta özünün maraq dairəsi hesab etdiyi Suriyada və Aralıq dənizi regionunda mövqeyini təsdiqləməsi Qarabağ münaqişəsinin də onun nəzarətində qalmasını şərtləndirir. Doğrudur, Azərbaycan ətrafında, şimalda və cənubda ABŞ-la İran və Rusiyanınnüfuz savaşı davam edir. Gürcüstanda NATO Təlim Mərkəzi açılıb, ABŞ İranla əldə edilmiş sülhə birtərəfliqaydada yenidən baxmaq istəyir. ATƏT vasitəsilə Qarabağ münaqişəsinin həllindəiştirak edir. Lakin ATƏT-in Minsk qrupundakı vəziyyət heç də BMT TəhlükəsizlikŞurasındakı vəziyyətdən fərqlənmir.Çünki BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olannüvə dövlətindən 3-ü Minsk qrupunun həmsədridir. Beynəlxalq siyasətdə bu 5 dövlətyekdil razılığa gələ bilmədiyi, onlardan biri qətnamələrə veto qoyan kimi məsələiflic olan kimi eyni vəziyyət Qarabağ məsələsində hökm sürür”.

N.Məmmədova onu da bildirib ki, Qarabağ münaqişəsininhəlli üçün balans pozulmalıdır: "Biz Qarabağa dair danışıqların gedişatındabunun dəfələrlə şahidi olmuşuq. Odur ki, danışıqların sülh müqaviləsi ilə başa çatması üçün burada gücbalansı tərəflərdən birinin, konkret olaraq ABŞ-ın xeyrinə dəyişməlidir.Çünki onsuz da real olaraqvəziyyətə Rusiya nəzarət edir, Ermənistan da ondan asılıdır. Hüquqi baxımdandanışıqlar ATƏT-in mandatı altındadır və güc balansı Rusiyanın zərərinəpozulduğu halda irəliləyiş gözləmək olar. Nə qədər ki, Rusiya beynəlxalq siyasətdə öz sözünü deyə bilir və lazım gəldikdə hərbi vasitələrlə öz milli maraqlarını həyata keçirə bilir, onun həllində maraqlı olmadığı hər hansı məsələ çətin ki, həll oluna. Türkiyə prezidenti Ərdoğan da deyib ki, əgər Putin istəsə, bu problem daha tez bir zamanda öz həllini tapa bilər.Türkiyənin burada iştirakına gəldikdə, əlbəttə ki, o istənilən dövlətdəndaha çox bu münaqişənin ədalətli həllini istəyir. Lakin bir çox səbəblər - nüvə dövləti olmaması, daxiligərginliklər, illərlə davam edən terrorla mübarizə, ABŞ və Avropa ilə mütəmadigərgin münasibətlər ona öz maraqlarını tam şəkildə həyata keçirməyə imkanvermir. Türkiyə Qarabağ məsələsinə birbaşa müdaxilə edə bilmir. Buna nə Rusiya,nə Ermənistan, nə də onun bölgədə güclənməsini istəməyən digər qüvvələr imkanverməz.Hazırda Minsk qrupunda nisbət ermənilərin xeyrinədir. Aydındır ki, Rusiya vəFransa ermənipərəst dövlətlərdir. Məhz buna görə də danışıqlarda irəliləyiş çoxaz nəzərə çarpır. Baxmayaraq ki, Azərbaycan və onun prezidenti bütün gücünü bumünaqişənin həllinə yönəldib və problemin həlli Azərbaycanın əsas məqsədlərindənbiridir. Hətta zaman zaman bəzi dövlətlərin, məsələn Almaniyanın Minsk qrupunahəmsədrlik məsələsi gündəmə gəlsə də, lakin buna imkan verilmədi, baxmayaraqki, Azərbaycan buna etiraz etmirdi. Yəni, burada monopoliya Rusiyanın əlindədir. ƏgərAlmaniya kimi Avropa Birliyinin güclü bir dövlətinə imkan verilməyibsə, Türkiyəyədə bu imkanın verilməsi inandırıcı görünmür. Almaniya bu məsələdə iki cəhətdənfərqlənirdi: o birilər də fərqli olaraq nüvə dövləti və Təhlükəsizlik Şurasınınüzvü deyil, erməni lobbisinin təsiri altında deyil”.

N.Məmmədova deyir ki, Türkiyə ən yaxşı halda iki istiqamətdəproseslərə təsir şir edə bilər: "Münaqişə həll edilənədək Ermənistanla əlaqələrdənimtina etmək, onunla sərhədləri açmamaq, iqtisadi layihələrdə iştirakına imkanverməmək və Rusiya ilə yaxınlaşması istifadə edib müəyyən qədər onu münaqişəninAzərbaycanın xeyrinə ədalətli həllinə inandırmaq. Ermənistanın Rusiya-Türkiyəyaxınlaşmasından narahatlığı aydındır. Hətta Ermənistan prezidenti sentyabrayında BMT Baş Assambleyasının tribunasından Türkiyəni təhdid edərək, Sürixprotokollarından birtərəfli qaydada imtina edə biləcəklərini bəyan edib. Türkiyə prezidenti ənyüksək səviyyədə, həm Trampla, həm Putinlə görüşlərdə bu problemi gündəmə gətirib.Amma proseslərə həlledici təsir göstərə bilmir. Çünki bu, ABŞ və Rusiyanınrazılaşmasından birbaşa asılı olan məsələdir. Yəni onlar dünyanı nüfuz dairəsinəbölmək məsələlərində sülh yolu ilə razılığa gələndə ümumi dil tapır, razılaşabilməyəndə isə Ukraynada, Suriyada olduğu kimi radikal yolla öz mövqeləriniqorumağa çalışırlar. Bu, Rusiyanın imperiya təfəkküründən irəli gələn məsələdirvə o, artıq 300 ildir ki, Qafqazı öz maraq dairəsi hesab edir. Qarabağ məsələsinin həlliüçün əvvəla bu təfəkkür dəyişməlidir. Lakin yaxın illərdə bu, inandırıcıgörünmür. Yaxud könüllü tərk etməsə,məcburi şəkildə etməlidir. Bu da inandırıcı görünmür, çünki bu SSRİ kimi fövqəldövlətinvarisidir, nüvə silahı var, hərbi potensialı çox güclüdür və s.Odur ki, Türkiyəninburada məcburetmə və təhriketmə mexanizmləri olmadığı üçün yalnız müəyyən vasitələrlətəsir göstərməyə çalışa bilər. Lakin bu təsir münaqişənin kökündənhəllinə yox, ona yanaşmanın bir qədər dəyişməsinə səbəb ola bilər. Hər birhalda, əsas amillərdən biri də Ermənistanda və Rusiyada indiki hakimiyyətləriniqtidardan getməsi, daxili siyasi şəraitin dəyişməsi ola bilər.Əgər bu baş verərsə,Qərbpərəst, demokratik düşüncəli qüvvələrin hakimiyyətinə gəlməsinə imkanyaradılarsa, ki, ABŞ buna çalışır, o zaman bəlkə də daxildən qaynaqlanan səbəblər,yəni Ermənistanın şovinist, Rusiyanın imperialist təfəkkürdə uzaqlaşması məsələyəfərqli yanaşmasının meydana gəlməsinə və münaqişənin həllinə kömək edə bilər”.


Ədil