Rusiyaya genişmiqyaslı PUA hücumu olub

Mayın 28-nə keçən gecə Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 296 təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hücumlar Rusiyanın 13 vilayətinin, o cümlədən Moskva, Bryansk, Belqorod, Vladimir, Voronej, İvanovo, Kaluqa, Kursk, Oryol, Ryazan, Smolensk, Tver və Tula vilayətlərinin ərazilərində qeydə alınıb. Moskva vilayəti üzərində 40 ədəd PUA vurulub.
Zərbələr nəticəsində bir sıra infrastruktur obyektlərinə ziyan dəyib. Moskva vilayətinin Dubna şəhərində PUA-lar dron istehsal edən zavoda hücum edib. Zelenoqradda “Elma” texnoparkının binası vurulub. Çexov şəhər dairəsinin Troitskoye kəndində üç yaşayış binasına ziyan dəyib, yerli sakinlər arasında xəsarət alan yoxdur.
Digər Xəbərlər

Fidan: Türkiyə Rusiya və Ukrayna arasında danışıqlar üçün ideal yerdir

Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb

Doha’da “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans - FOTOLAR
