Rusiyanın yeni Baş Naziri məlum oldu
Rusiya Federasiyasının yeni Baş Naziri məlum olub.
Bu gün Dövlət Dumasında bununla bağlı müzakirələr keçirilib, fraksiya rəhbərləri çıxış ediblər. Daha sonra məsələ səsverməyə çıxarılıb. 383 deputat lehinə səs verib, 41 deputat isə bitərəf qalıb.
DeputatlarPrezidentVladimir Putin tərəfindən Baş Nazir vəzifəsinə namizədliyi irəli sürülmüş Mixail Mişustinə etimad göstəriblər. Bununla da, Mixail Mişustin Rusiyanın Baş Naziri seçilib.
Xatırladaq ki, ötən gün Rusiya hökuməti tam tərkibdə istefaya gedib. Bundan sonraPrezidentVladimir Putin Federal Vergilər Xidmətinin rəhbəri Mixail Mişustinlə görüşərək ona ölkənin Baş Naziri vəzifəsini təklif edib. Mişustinin razılığı ilə onun namizədliyi Dövlət Dumasına təqdim olunub.(modern.az)
Digər Xəbərlər
29 Aprel 2024 13:38
İlham Əliyev Yan Vanmini qəbul etdi - YENİLƏNİB
29 Aprel 2024 12:52Ermənistan XİN: Mirzoyan və Bayramov Almatıda görüşəcəklər
29 Aprel 2024 12:42Ali Radanın komitə sədrinin müavini: “Azərbaycana Ukrayna dövləti adından təşəkkür edirəm”
29 Aprel 2024 11:34Prezidentlərin Kremldə kadrarxası görüntüləri - VİDEO
29 Aprel 2024 11:28