Rusiyanın öz başına hördüyü “Hörümçək toru”...
Ukraynanın Rusiya qarşısında sarsılacağını gözləyən bir çox qüvvələr bu gün baş verən olayların qarşısında şok olublar. Ukrayna Təhlükəsizlik Xidməti Rusiya strateji bombardmançı aviasiyasına qarşı “Hörümçək toru” adlı irimiqyaslı əməliyyat keçirib.
Rusiyanın İrkutsk vilayətində yerləşən “Belaya” aviabazasına hücum əslində işğalçıya ən layiqli cavabdır. Yayılan məlumatda deyilir ki, hazırda “Belaya”, “Dyagilevo”, “Olenya” və “İvanovo” aerodromlarında 40-dan çox Rusiya təyyarəsi, o cümlədən strateji bombardmançı Tu-95, Tu-22M3 və A-50-lar yanır.
Təsəvvür edin ki, dəymiş zərər 2 milyard dolları ötüb.
Bu arada Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə regionları üzərində Ukraynanın 162 ədəd PUA-sını məhv etdiyini iddia edir:" Kurskda 57, Belqorodda 31, Lipetskdə 27, Voronejdə 16, Bryansk və Ryazanda 11, Oryolda 6, Tambov vilayəti ərazisi üzərində 1, Krımda isə 2 ədəd PUA vurulub".
Amma buna baxmayaraq Ukrayna düşmənə boyun əyməyəcəyini ortaya qoyur. Beləki, Ukrayna Baş Qərargahı müharibənin 1195-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 989 700 hərbçi, 10 874 ədəd tank, 22 663 ədəd zirehli döyüş maşını, 28 575 ədəd artilleriya sistemi, 1 401 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 175 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 336 ədəd helikopter, 50 462 ədəd avtomobil texnikası, 38 622 ədəd PUA, 3 271 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 905 xüsusi avadanlıq itirib.
Xatırladaq ki, ABŞ Dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrova Rusiyada dəmir yolu infrastrukturunun bombalanması nəticəsində mülki vətəndaşların həlak olması ilə bağlı başsağlığı verib.
Əntiqə Rəşid
Digər Xəbərlər
26 Mart 2026 11:06
İrana göndərilən yardım Qaradağa çatdı
26 Mart 2026 09:47
“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45


Bakı -°C

