Rusiyalı şərhçi: "Ermənistan ya “Qərbi Azərbaycan” ya da “İrəvan Xanəyun” olacaq..."
Rusiyanın məşhur jurnalist və siyasətçisi Maksim Şevçenko Ermənistan parlamentinin BCM-nin Roma Əsasnaməsini ratifikasiya etmək qərarına münasibət bildirib.
Erməni mediası Şevçenkonun fikrini həyəcanla qarşılayıb. Beləki, jurnalist bu qərarın Ermənistan üçün mümkün mənfi nəticələrini proqnozlaşdıraraq dünya münasibətlərində və qanunun aliliyində baş verən köklü dəyişikliklərə öz əminliyini ifadə edib.
"Baş verənlər dünya münasibətləri sisteminin tamamilə dağılmasıdır, bəzi ölkələrin parlamentlərinin qərarları geri dönməz ola bilər", - Şevçenko bildirib.
Onun sözlərinə görə, Haaqa Məhkəməsinin qərarları Ermənistan ərazisində qüvvədə olacaq və o, Ermənistanın qlobal münaqişəyə cəlb oluna biləcəyindən ehtiyat etdiyini bildirib.
Şevçenko vurğulayıb ki, Azərbaycanla münaqişə artıq Ermənistanın suveren dövlət kimi mövcudluğunu sual altına qoyub və İrəvan üçün hər şey “Qərbi Azərbaycan” və ya “İrəvan Xanəyun” adının dəyişdirilməsi ilə bitə bilər: "Qəbul edilmiş qərar hansısa beynəlxalq hüquq sənədinin qəbulu deyil, bu, Aİ-nin mütləq vassal andıdır".
Şevçenko həmçinin Aİ-nin beynəlxalq arenada maraqlarını qorumaq üçün kiçik müttəfiqlər axtardığını bildirib və Ermənistana mümkün risklər barədə xəbərdarlıq edib: "Aİ indi Qafqaza girir... Bəs doğrudanmı Türkiyə və Rusiyanın buna dözəcəyini düşünürlər? Siz ermənilər bu cür yanaşmalarla Azərbaycanın və ya Osmanlı İmperiyasının bir hissəsi olmaq məcburiyyətində qala bilərsiniz"
O, həmçinin qeyd edib ki, Ermənistan beynəlxalq aləmdə “sövdələşmə obyektinə” çevrilmək təhlükəsi ilə üz-üzədir.
“Yəni, Ermənistan Roma Xartiyası ilə İrana arxalanacaq, yoxsa Ermənistanın xeyrinə işləyəcək və bunun hesabına Moskva, Ankara və ya Qərbdəki tərəfdaşları ilə sövdələşəcək?”-deyə jurnalist fikrini bitirib.
Qeyd edək ki, martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Rusiyanın hazırkı prezidentinə qarşı Rusiya-Ukrayna münaqişəsi zamanı uşaqların Ukrayna ərazisindən Rusiyaya qanunsuz deportasiyasına görə ittihamlar irəli sürülüb. Putinlə birlikdə Prezidentin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın da həbsinə order verilib. Ötən gün Ermənistan Milli Assambleyası (parlament) Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya edib.
Əntiqə Rəşid
Digər Xəbərlər
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24
Azərbaycan əhalisinin sayı açıqlandı
12 Dekabr 2025 14:13
DTX rəisi Heydər Əliyevin məzarını ziyarət etdi - VİDEO
12 Dekabr 2025 13:30
Mehriban Əliyeva Heydər Əliyevin məzarının ziyarəti ilə bağlı paylaşım etdi
12 Dekabr 2025 12:45


Bakı -°C


