Rusiyalı deputatın sifariş verdiyi qətlin TƏFƏRRÜATLARI
Rusiya Federasiya Şurasının üzvü Dmitri Savelyevin cəzaçəkmə müəssisəsində biznes ortağı Sergey İonovun qətlini sifariş etməsi ilə bağlı bəzi detallar məlum olub.
Adalet.az TASS-a istinadən xəbər verir ki, Sergey İonov Dmitri Savelyevin təsisçisi və senatorun oğlunun direktoru olduğu “Optomonitorinq” MMC-də 1,6 milyon rubl mənimsədiyini etiraf edib və ziyanın da bir qismini ödəyib.
Məhkəmə bu əməlinə görə Sergey İonovun 2,5 il azadlıqdan məhrum olunması barədə qərar verib. Ancaq ziyanın bir qismini ödəməsinə və 2,5 il azadlıqdan mərhum olunmasına baxmayaraq, Dmitri Savelyev qisas almaq niyyətindən vaz keçməyib, cəzaçəkmə müəssisəsindəki Sergey İonovun qətlinin sifarişi üçün 10 milyon rubl ödəyib. Bu, ödənilən qisim çıxıldıqdan sonra vurulan ziyanla müqayisədə 10 dəfədən çoxdur.
Qeyd edək ki, avqustun 2-də Federasiya Şurasının iclasında toxunulmazlığı ləğv edilən senator saxlanılıb. Dmitri Savelyev Rusiyanın Federal Penitensiar Xidmətinin keçmiş əməkdaşına Sergey İonovun qətlini sifariş verməkdə şübhəli sayılıb. Sergey İonov cəzaçəkmə müəssisəsində qətlə yetirilib, sonra isə saxta təcili yardım çağırış kartı və meyitin müayinəsi üçün protokol tərtib edilib. Bu məlumat ona çatdırıldıqdan sonra Dmitri Savelyev 10 milyon rubl (100 min dollar) qonorarı qatilə verib.
Digər Xəbərlər
04 Noyabr 2025 16:33
Şimali Koreyanın keçmiş lideri vəfat etdi
04 Noyabr 2025 15:50
Aİ Ukraynaya 180 milyard avro yardım ayırıb
04 Noyabr 2025 11:57
“Ermənistan Baş naziri “Qarabağsız Ermənistan” şüarı ilə seçkiyə gedir”
04 Noyabr 2025 11:51
ABŞ narkotik daşıyan gəmini vurdu
04 Noyabr 2025 11:49
Dünya yenidən nüvə silahlanması yarışı ilə üzləşə bilər...
04 Noyabr 2025 11:46
Rusiyanın İtaliyadakı səfiri XİN-ə çağrıldı
04 Noyabr 2025 09:35
Kamçatkada ikinci zəlzələ oldu - YENİLƏNİB
03 Noyabr 2025 20:00


Bakı -°C

