Rusiyadan Qarabağ açıqlaması: İlin sonuna kimi...
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün çalışacaqlar.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı danışıb. Zaxarova həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif formatlarda təmasların da istisna edilmədiyini bildirib.
Onun sözlərinə görə, görüşdən əvvəl həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrıca məsləhətləşmələr aparacaqlar. Hazırda Rusiyadan olan həmsədr ABŞ və Fransadan olan tərəfdaşları ilə birlikdə bu məsləhətləşmələrin yerini və tarixini müəyyənləşdirmək üçün çalışır.
XİN rəsmisi görüşün ilin sonuna planlaşdırıldığını qeyd edib.
Digər Xəbərlər
03 May 2024 12:20
Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19Prezident İlham Əliyev polşalı həmkarını təbrik edib
03 May 2024 11:19İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
03 May 2024 10:04Hikmət Hacıyev: “UNESCO bir adamın əlində alətə çevrilməməlidir”
02 May 2024 16:33