Rusiyadan nüvə yanacağının alınmasına qadağa qoyulur
Avropa Komissiyası 2027-ci ildən etibarən Aİ ölkələrinin Rusiyadan qaz idxalına qadağa qoyulmasından sonra nüvə yanacağının alınmasına da analoji məhdudiyyət tətbiq etməyi planlaşdırır.
Adalet.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anna-Kaysa İtkonen Brüsseldə keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, Rusiyadan nüvə yanacağının idxalına qadağanı nəzərdə tutan sənəd hazırda hazırlanma mərhələsindədir.
“Bu qadağa üzərində iş gedir. Məsələ kifayət qədər mürəkkəbdir, ona görə də sənədin nə vaxt təqdim olunacağını dəqiq demək çətindir. Lakin bu, uyğun vaxtda baş verəcək”, – deyə İtkonen bildirib.
Qeyd olunur ki, Avropa Komissiyası bu addımı Aİ-nin enerji təhlükəsizliyini gücləndirmək və Rusiyadan enerji asılılığını azaltmaq məqsədi ilə atmağı planlaşdırır.
Digər Xəbərlər
27 Yanvar 2026 18:43
Türkiyədən Suriyaya 600 min nəfər qayıdıb - Ərdoğan
27 Yanvar 2026 13:31
ABŞ-də donvurmadan ölənlərin sayı 34 nəfərə çatdı
27 Yanvar 2026 13:11
Aİ ilə Hindistan təhlükəsizlik və müdafiə paktı imzaladı
27 Yanvar 2026 12:55


Bakı -°C

