Rusiyadan azərbaycanlılara qarşı keçirilən əməliyyatla bağlı -Açıqlama

Rusiya Federasiyasının regional İstintaq Komitəsi və Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsi Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb.
Adalet.az xəbər verir ki, məlumatda deyilir:
“İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin əməkdaşları ilə birgə, Rusiya Qvardiyasının Xüsusi Çevik Hücum Dəstəsinin (SOBR) dəstəyi ilə ötən illərdə törədilmiş cinayətlər üzrə cinayət işlərinin istintaqı çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Keçirilən tədbirlər zamanı Yekaterinburq ərazisində əvvəlki illərdə baş vermiş cinayətlərin törədilməsində şübhəli bilinən bir sıra şəxslər saxlanılıb, həmçinin həmin şəxslərin yaşadıqları ünvanlarda axtarışlar aparılıb. Saxlanılan şəxslərin bu və digər cinayətlərdə iştirakları yoxlanılır. İstintaqın məxfiliyi ilə bağlı bu mərhələdə daha ətraflı məlumat açıqlanmır”.
Xatırladaq ki, Rusiyanın Yekaterinburq şəhərində OMON dəstəsi Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib. Nəticədə hər iki şəxs və onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov öldürülüb.
Qeyd edək ki, Azərbaycan XİN də Yekaterinburq şəhərində azərbaycanlılara qarşı edilən hücumlarla bağlı bəyanat yayıb.
Digər Xəbərlər

"Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" - Seyfəddin Hüseynli

Oğuzda tullantıları küçəyə atanlar cəzalandırıldı

İtkin düşən 9 nəfər TAPILDI

Partlayış kinostudiyanın fəaliyyətinə təsir göstərməyib - "Azərbaycanfilm"

Keçmiş "Şahdağ Quba" klubunun prezidenti İstanbulda ölü tapılıb

"Bu ev də partlaya bilər" - Axşamkı partlayışdan geriyə qalanlar - VİDEO

Azərbaycanda zəlzələ oldu
