28 Iyun 2025 11:40
183
HADİSƏ

Oğuzda tullantıları küçəyə atanlar cəzalandırıldı

Oğuzda ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi və sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən profilaktiki tədbirlər keçirilib. 

Bu barədə Adalet.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Məişət tullantılarının urnalardan kənar yerlərə atılması, tullantıların qalaqlanması hallarına yol verilməməsi barədə vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb.

Edilən xəbərdarlıqlara məhəl qoymayan 8 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. 

Həmçinin şəhərin bir neçə küçə və prospektində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib. Polisin müşayiəti ilə həmin ərazilərdəki antisanitar vəziyyət aidiyyəti qurumlarının əməkdaşları tərəfindən aradan qaldırılıb. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.