Rusiyadan Azərbaycana balıq konservlərinin tədarükü dayandırıldı
Rusiyanın Kalininqrad vilayətindən Azərbaycana balıq konservlərinin tədarükü dayandırılıb.
Adalet.az Trend-ə istinadən məlumat verir ki, bu qərara ixracat zamanı qeydə alınan pozuntular səbəb olub.
Qeyd olunur ki, "MAPP Çernışevskoye” şirkətinin ümumi həcmi 360 kiloqram olan skumbriya konservlərində istehsalat tarixi baytarlıq şəhadətnaməsində göstərilməyib.
Tədarükün dayandırılması müddəti açıqlanmayıb.
Digər Xəbərlər
02 May 2024 17:40