adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Aprel 2016 19:47
3994
MƏMLƏKƏT

Rusiyadakı baş konsullarımız geri çağrıldı - SƏRƏNCAM

Prezidentİlham ƏliyevAzərbaycan Respublikasının Rusiya Federasiyasının Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki baş konsullarının geri çağırılması ilə bağlı sərəncamlar imzalayıb.

Adalet.az xəbər verir ki, Elşad İlyas oğlu Qulamov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən, Sultan Məhəmməd oğlu Qasımov isə Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.