adalet.az header logo
  • Bakı -°C
06 Mart 2026 10:30
70
DÜNYA
A- A+

Rusiyada zəlzələ OLDU

Rusiyanın Soçi şəhərində zəlzələ baş verib.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Andrey Proşunin öz “Telegram” kanalında yazıb.

Merin sözlərinə görə, 4,5 maqnitudalı zəlzələ zamanı kurort şəhərin infrastrukturuna hər hansı ziyan dəyməyib. Eyni zamanda zərərçəkənlərin olması barədə hər hansı məlumat daxil olmayıb.

Bundan əvvəl martın əvvəlində Soçidə bir saat intervalla ardıcıl iki zəlzələ baş vermişdi. 4,4 və 4,8 bal gücündə yeraltı təkanları yerli əhali, xüsusilə hündürmərtəbəli binaların üst mərtəbələrində qalan sakinlər hiss etmişdi.