Terror aktının təşkilatçıları əməliyyat zamanı məhv edilib. İŞİD üzvləri olan şəxslərdə silah və gücü trotil ekvivalentində təxminən 3 kiloqram olan partlayıcı qurğu aşkarlanıb.
Bundan əlavə, xüsusi xidmət orqanları Rusiyada prezident seçkiləri günü seçki məntəqələrində iki terror aktının qarşını alıblar. Terror aktlarından biri İnquşetiyada, digəri isə Başqırdıstanda törədilməli imiş.