29 Iyun 2025 18:52
80
DÜNYA

Rusiyada saxlanılan azərbaycanlılarla bağlı hökm belə OXUNDU - VİDEO

Rusiyanın Yekaterinburq məhkəməsində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi keçirilib.

Adalet.az xəbər verir ki, Məhkəmə ittiham tərəfinin tələbini təmin edib. Ayaz Səfərov, Akif Səfərov və Məzahir Səfərov 22 günlüyünə istintaq təcridxanasına göndərilib.

Həmçinin, Şahid Lalayev, Əhliman Gənciyev və Bakir Səfərov barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, məhkəmədə azərbaycanlılarla bağlı hökmün hakim tərəfindən tələsərək oxunması birmənalı qarşılanmayıb.