Rusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı təqiblər başlayıb

Yekaterinburqdan sonra Voronejdə azərbaycanlılara qarşı təqiblər başlayıb.
Adalet.az xəbər verir ki, şahidlərin sözlərinə görə, bu yaxınlarda Alekseyevski bazarında məişət münaqişəsi süni şəkildə şişirdilib: rusiyalı sürücü yük boşaltma qaydalarına əməl etməkdən imtina edib, hədə-qorxu gəlməyə başlayıb və “rus icması” adlanan qrupdan radikalları çağırıb. Bundan sonra təqiblər başlayıb - azərbaycanlıları "bıçaqla hədələmək" və digər ölümcül günahlarda ittiham etdilər.
İndi bu bəhanə ilə sahibkarlara qarşı reydlər, həbslər, təzyiqlər aparılır. Azərbaycanlıları açıq şəkildə qorxudurlar, yük maşınlarını yandırmaqla, malları məhv etməklə hədələyirlər.
Reyd zamanı 450-dən çox şəxs yoxlanılıb. "Miqrasiya qanunvericiliyini pozma" ittihamı ilə 42 əcnəbi inzibati məsuliyyətə cəlb edilib, 17 nəfərə hərbi qeydiyyata alınması üçün çağırış vərəqələri verilib.
Digər Xəbərlər

Netanyahu: Bu qələbə girovların azad edilməsi üçün imkanlar açır

"Krokus" terrorunu təşkil edən ölkə açıqlandı

Kalın HƏMAS rəsmisi ilə danışıqlar APARDI

İzmirdə meşə yanğınları - Geriyə bu görüntülər qaldı... - FOTOLAR

Tramp: İrana qarşı sanksiyaları ləğv edə bilərəm

"Tramp baş verənləri qeyri-adi dərəcədə şişirdir" - Xamenei

Tramp: "İran ərazisində gizli nüvə obyekti ola bilər"
