adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Iyul 2021 09:49
18303
DÜNYA

Rusiyada S-500-lərin ilk atış sınaqları keçirilib –VİDEO

Rusiya Müdafiə Nazirliyi S-500 zenit-raket kompleksinin sınaqlarını keçirib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Kapustin Yar poliqonunda baş tutan sınaqların uğurlu olduğu bildirilib.

Qeyd olunub ki, bu, S-400-ləri əvəzləyəcək kompleksin sürətli balistik hədəflərə ilk atış sınaqlarıdır.

Bütün sınaq mərhələlərinin uğurla başa çatdırılmasından sonra zenit-raket sisteminin Rusiya ordusunun arsenalına daxil ediləcəyi gözlənilir.