Rusiyada polisləri tərk silah edərək terrorçunun cəsədini götürdülər
Rusiyanın Nazran şəhərində təxminən 100 nəfər naməlum şəxs Respublika Klinik Xəstəxanasının meyitxanasına basqın edib.
Adalet.az İnterfax-a istinadən xəbər verir ki, onlar meyitxanadan öldürülmüş qanusuz silahlı qruplaşmanın üzvünün cəsədini çıxarıblar.
"Günorta saatlarında naməlum şəxslər Nazranda meyitxanaya gələrək xüsusi əməliyyat zamanı öldürülmüş yaraqlının meyitini tələb ediblər. Mühafizə xidmətindən imtina cavabı aldıqdan sonra, onlar dava salıblar və sayca üstün olduqları polis əməkdaşlarını tərk silah edərək meyiti götürüb ərazidən uzaqlaşıblar”, -agentliyin sözçüsü deyib.
Qeyd edək ki, dünən İnquşetiyada həyata keçirilmiş antiterror əməliyyatının gedişində beş terrorçu öldürülmüş, daha üç nəfər saxlanılmışdı.
Rüfət SOLTAN
Digər Xəbərlər
02 May 2024 12:24
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşəcək
02 May 2024 11:20Kolumbiya İsraillə diplomatik əlaqələri kəsir
02 May 2024 11:18Qərblə Rusiyanın "qarşıdurması" Gürcüstanın başında çatlayacaq...!?
02 May 2024 09:44Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var
02 May 2024 09:10